İnsan beyninin iş mexanizmi necədir - 5 bilmədiyiniz fakt | Banco.az

İnsan beyninin iş mexanizmi necədir - 5 bilmədiyiniz fakt

Müəllif: Tamara Mustafayeva, Banco.az

1. Beynimiz yorğun olduğumuz vaxtlarda daha yaradıcı düşünə bilir.

Əgər yaradıcı bir fəaliyyətlə məşğul olmağa təşəbbüs edirsinizsə, inanın ki, yorğun olduğunuz və beyniniz öz funksiyalarını səmərəli şəkildə yerinə yetirə bilmədiyi vaxlar uğur əldə etmə şansınız daha yüksəkdir. Gülməli səslənsə də, bu, real bir faktdır. Məsələn, heç düşünmüsünüzmü, nə üçün ən parlaq fikirlər uzun və yorucu iş gününün sonunda evə gəlib duş qəbul etdiyiniz zaman hasil olur?

Belə ki, insan yorğun olduğu zaman onun beyni diqqətini yayındıracaq şeylərə yönələ və müəyyən bir məsələyə fokuslana bilmir. Həmçinin ideya və anlayışlar arasındakı əlaqəni də ayırd etməkdə çətinlik çəkir. Söhbət yaradıcı bir işə imza atmaqdan gedirsə, bu sadalanan faktların hər ikisi üstünlük təşkil edir, çünki yaradıcı bir fikir tapmaq və ya işlə məşğul olmaq yeni əlaqələr yaratmaq, yeni ideyalara açıq olmaq və düşüncə tərzini dəyişməyi tələb edir. Beləliklə də, ən parlaq və yaradıcı fikirlər yorğun insan beyninin məhsulu kimi ortaya çıxır.

2. Stress beynimizin ölçüsünü dəyişir – onu kiçildir.

Stress səbəbilə insan beyninin ölçüsünün kiçilməsini sübut edən bir neçə tədqiqat aparılmışdır.

Stressin inkişaf və uzun müddətli əqli sağlamlıq üzərindəki təsirlərini araşdırmaq üçün meymun balalarından istifadə edilib. Araşdırma üçün nəzərdə tutulan meymunlar iki qrupa ayrılıb. Qruplardan biri 6 ay ərzində öz yaşıdları ilə, digəri isə ana meymunların himayəsində yaşayıb. Daha sonra tədqiqatçılar onların beyinlərini yoxlamazdan əvvəl meymunlar bir neçə ay ərzində yenidən tipik sosial qruplar şəklində yaşamağa davam ediblər.

Analarından ayrılıb öz yaşıdları ilə qalan meymunların stressə bağlı beyin nahiyələrinin, hətta bir neçə ay normal sosial şəraitdə yaşamalarına baxmayaraq, hələ də genişlənməkdə olduğu aşkar edilib.

3. Beynimizin eyni anda bir neçə tapşırıqla məşğul olması mümkün deyil.

Eyni anda bir neçə tapşırıqla məşğul olduğumuzu düşündüyümüz zamanlarda bunu, əslində etməyimizin mükün olmadığını güman ki, bilmirik. Əslində isə biz beynimizdə bir tapşırıqdan digərinə keçid edirik.

Aşağıdakı şəkildə bu prosesin necə reallaşdığını görə bilərsiniz. Belə ki, biz eyni zamanda həm A, həm də B tapşırığını icra etməyə çalışsaq da, beynimiz heç vaxt sinxron olaraq işləyə bilmir. Bunun əvəzinə beyin əlavə güc sərf edir ki, bir tapşırığı yekunlaşdırıb digərinə keçsin.

Ən sərfəli kredit üçün müraciət et

İnsan beyni vahid tapşırıqla məşğul olduğu zaman isə beyinin ön payında mövcud olan "ventromedial prefrontal korteks" adlı hissə böyük rol oynayır. Belə ki, insan hər hansı bir işi icra etmək istədikdə beynin bu hissəsinə siqnal ötürülür və daha sonra bu hissə digər nahiyələrə təsir göstərir.

4. Yuxu fasiləsi vermək beynimizin fəaliyyətini yaxşılaşdırır.

Hər kəsə məlumdur ki, düzgün yuxu rejimi insan beyni üçün müstəsna əhəmiyyət kəsb edir. Bəs, kiçik yuxu fasiləsi necə?

Aparılan araşdırmalar göstərir ki, gün ərzində kiçik yuxu fasiləsi vermək yaddaşı yaxşılaşdırır, öyrənmə qabiliyyətini gücləndirir.

Bəs, bu yuxu fasiləsi zamanı beyində hansı proseslər icra olunur?

Yenə araşdırmalar nəticəsində müəyyən edilib ki, bu zaman beynin sağ yarımkürəsi sol yarımkürəsinə nisbətən daha fəal olur. İnsanların 95 % - nin sağ əlli olmasına baxmayaraq, onların beyinlərinin sol yarımkürəsi daha fəaldır, sağ yarımkürə isə əsasən yuxulu olarkən müntəzəm olaraq daha fəal olur.

6. Səhv edən insanları daha çox bəyənirik.

Araşdırmaçılar məsələni belə şərh edirlər:

Heç vaxt səhvə yol verməyən insanlar daha az rəğbət görürlər. Çünki mükəmməllik insanlar arasında məsafə yaradır və səhvsiz insanlar əlçatmaz hesab olunur. Səhvə yol verən, yalnışları hər kəsə məlum olan insanları isə biz daha çox özümüzə bənzədirik və bizdə istər-istəməz onlara qarşı bəyənmə hissi formalaşır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram