Xammal qiymətlərinin aşağı düşməsi, inkişaf etməkdə olan ölkələrin valyutasının dəyərdən düşməsi ilə nəticələnir ki, son bir neçə həftə ərzində bu prosess daha da şiddətlənib.
Orta gəlir səviyyəli və inkişaf etməkdə olan bir çox ölkələrin iqtisadi sağlamlığı (o cümlədən Azərbaycanın) xammal qiymətlərinin nisbətən baha olmasına əsaslanırdı. Bunlar, təbii sərvətlərin ixracı sayəsində yüksək artım tempinə nail olan ölkələr kateqoriyasından ibarətdir. Məsələn 2000-ci illərin əvvəllərində Braziliyanın iqtisadi artım templəri heyrət doğururdu, həmçinin orta təbəqəyə daxil olan insanların sayı da əhəmiyyətli dərəcədə artmışdı. Bütün bunlar, neft, soya, dəmir filizi, dana əti və bir sıra digər resursların ixracı sayəsində mümkün olmuşdu. Həmin əmtəələrin yüksək qiyməti sonrakı artıma, milli valyutanın möhkəmlənməsinə və Rio-de Janeyro kimi şəhərlərdə daşınmaz əmlak bumuna gətirib çıxartmışdı.
Eyni taleyi Latın Amerikasının, Mərkəzi və Cənub-Şərqi Asiyanın xammal satışında ixtisaslaşmış bir sıra digər ölkələri də paylaşırdı.
Buna rəğmən xammal qiymətlərinin ötən illə müqayisədə kəskin aşağı düşməsi, həmin ölkələrdəki iqtisadi artım tempini ləngitdi və milli valyutaları əvvəllər heç vaxt olmadığı qədər zəiflətdi.
Brent markalı neftin dəyərinin 50 dollardan aşağı düşməsi əslində dünyanın bir çox ölkələrində valyuta dəyərsizləşməsinə gətirib çıxartdı.
Valyutalar ucuzlaşmağa başladı, amma yeganə faktor neftlə bağlı deyil. Çinin iqtisadi vəziyyəti ilə bağlı bədbin proqnozlar və bu yay onun fond bazarının çökməsi, inkişafda olan ölkələrin bazarlarının möhkəmliyinə dair şübhələri artırdı. Çinin sürpriz devlavasiyası isə daha betər təsir göstərərək, bütün dünya bazarlarına dalğa zərbəsi endirdi.
Indi digər ölkələr də öz valyutalarını devalvasiya etmək təzyiqi ilə üzləşiblər və əgər valyutalar hansısa bir digər valyutayanın məzənnəsinə bağlıdı idisə, indi onlar artıq üzən valyuta siyasətinə keçmək məcburiyyətində qalıblar. Qazaxıstan ötən həftə valyuta bağlılığından imtina etmək qərar verdi və təngə 23% dəyər itirdi.
Azərbaycan Mərkəzi Bankı hələ fevralda manatı 34% devalvasiyaya etmişdi, indi isə hamı ikinci devalvasiyanı gözləyir. Həmçinin Vyetnam da öz valyutası ”Don”-u devalvasiya edib.
Bir qayda olaraq devalvasiya digər inkişafda olan ölkələr üçün də zəncirvari reaksiya rolunu oynayır. Çünki onlar hamısı öz rəqibləri tərəfindən artan təzyiqlərə məruz qalır.
Qazaxıstanın addımı Nigeriya “naira”sını təhlükə altında qoyub. Ölkənin mərkəzi bankı valyuta üzərinə spekulyativ həmlələrə qarşı mübarizə aparmağa söz verib. “Biz valyuta mübadiləsi siyasətində dəyişiklik etmək üçün elə bir ciddi səbəb görmürük” Bloomberg-ə intervüsündə Nigariya Mərkəzi Bankının mətbuat katibi bildirib : "Ölkədə xarici valyutanın artması naira üzərinə spekulyativ həmlələri çoxaldıb, o insanlar ki, bunu bizim devalvasiya edəcəyimiz ümidi ilə edib, üzüləcəklər."
Qazaxıstanın üzən valyuta siyasətinə keçməsi Rusiya rubluna da pis təsir göstərib, indi o, son 6 ay ərzində ən aşağı səviyyəyə düşüb və yaxın gələcəkdə rekord səviyyədə enə bilər. Təəssüf ki, Moskva üçün valyuta problemi hazırkı maliyyə böhranın ən ağrılı hissəsidir. Ölkə 2010-ci ildən bəri ən böyük defisit ilə üzləşir.
Buna baxmayaraq, Qazaxıstanın devalvasiya qərarı Çin və son ildə rubla dəyər itirməyə icazə verən Rusiya ilə müqayisədə daha məntiqi görünür, belə ki Qazaxıstan ölkəsinin iqtisadiyyatını rəqabətə davamlı etməyə can atır. Lakin bir devalvasiya digərini doğrurur.
Valyuta problemli olan ölkələrin siyahısı uzundur. CAR “rand”-ı son 10 il ərzində ən aşağı səviyyəyə düşüb. 2015-ci ildə Türkiyə lirəsi dəyərinin 19%-ni itirib. 2014-cü ilin avqustundan bəri Meksika pesosu isə öz dəyirinin dörddə birini itirib. Valyuta öz dəyərini nə qədər çox itirərsə, deməli iqtisadi sağlamlığa görə narahat olmaq üçün bir o qədər çox əsas var.
Inkişaf etməkdə olan ölkələrin valyutaları ilə bağlı böyük bir qeyri müəyyənlik hökm sürür. Hər kəsin gözü, daha sonra nə olacağını görmək ümidi ilə Vaşinqtona dikilib. Federal ehtiyatlar sistemi neçə ildən sonra uçot dərəcələrini artırmaq niyyətindədir, bu isə ölkənin Mərkəzi Bankının öz “ağır əlini” ABŞ iqtisadiyyatı üzərindən geri çəkməsi anlamına gəlir. Lakin faiz dərəcələrinin qalxması dolları daha da möhkəmlədəcək.
Bu isə inkişaf etməkdə olan ölkələrdə valyuta problemini daha da kəskinləşdirə bilər.