İnhisarçılığa qarşı hesablanmış addım: Rəqabət Məcəlləsi nəyi dəyişəcək? | Banco.az

İnhisarçılığa qarşı hesablanmış addım: Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

Müəllif: Gülbəniz Hüseynli/Banco.az

Oktyabrın 2-də Milli Məclis uzun illərdir qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsini müzakirəyə çıxarıb və ilk oxunuşda qəbul edib. 

İqtisadiyyat Nazirliyində hazırlanan layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Bu barədə danışan millət vəkili Vahid Əhmədov bildirib ki, məcəllənin hazırlanmasında məqsəd odur ki, ölkədə olan bir sıra inhisarçı mövqelər aradan götürülsün, daxili bazarda haqsız rəqabət bitsin.

“Eyni zamanda, sahibkarların, xüsusən də kiçik və orta sahibkarların bazarda normal fəaliyyət göstərməsi üçün hazırlanan bir məcəllədir.  İlkin məsələ odur ki,  nəzarət üçün “Rəqabət Komissiyası”nın yaradılması nəzərdə tutulur. Bəzi hallarda 2 təsərrüfatın birləşərək bazarda 50 faizdən çox iştirak payına sahib olmasına da icazə verilməyəcək, çünki bu da inhisarçılıq sayılır. Bunlarla bərabər, bazarda 35 faiz payı olan və başqa müxtəlif vasitələrlə bazara təsirləri olan şirkətlər də hökmran mövqe tutmuş hesab olunacaq və buna da imkan verilməyəcək. Rəqabət orqanı onlara xəbərdalıq edəcək, əməl edilməsə, cərimələr və digər sanksiyalar tətbiq olunacaq”, – deyə o vurğulayıb.

Mövzu barədə Banco.az-a iqtisadçı ekspert Xalid Kərimli açıqlama verib.  O hesab edir ki,  Məcəllənin hüdudlarının selektiv qeyri-obyektiv və yaxud da korrupsiyaya istiqamətlənəcək şəkildə tətbiqi məcəllənin əksinə cəmiyyət üçün ciddi problemə çevirməklə bərabər, şirkətlərin vurulmasına gətirib çıxara bilər.

 “Rəqabət Məcəlləsinin qəbulu təşkil edilən rəqabət orqanının səlahiyyət və vəzifələrini hansı dərəcədə effektiv görmək istəməsi və görə bilməsi baxımından mühim əhəmiyyət daşıyır. Əgər rəqabət orqanı təkmil, kifayət qədər etik, peşəkar, korlamamış mütəxəssislərdən, məmurlardan ibarət olsa, ümid var ki, nəticəsi yaxşı olacaq. Əksinə, məcəllədən daha çox pul qazanmaq məqsədi ilə yanaşılarsa bu ciddi şirkətlər üçün başağrısına çevrilə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Məsələnin ikinci tərəfinə vurğu edən Xalid Kərimlinin fikirlərinə görə, bu məcəllənin gətirə biləcəyi rəqabət mühiti, qiymət ucuzlaşması kimi məsələlər cəmiyyətə də maraqlı ola bilər. Məcəllədə bir çox maddələrin dəqiqləşməli olduğunu düşünən ekspert qeyd etdi ki, bunun üçün təqribən 10-15 il vaxt lazımdır.

“Təyin edilən cərimələr həddən artıq sərtdir. Həmin sərt cərimələri çox rahat şəkildə məmur özü ləğv edə bilər kimi məsələlər var. Bu da ciddi narahatlıq yaradırdı. Bundan əlavə, cəmiyyəti maraqlandıran süni qiymətlə bağlı mübarizə üsulları verilib. Məcəllədə bu barədə mübarizə üsulları qeyd edilib, amma mən düşünürəm ki, bunun qarşısını almaq üçün üsullar daha preventiv formalarda həyata keçirilməlidir. Ümumiyyətlə, Azərbaycanda rəqabət mühitinin əsas məcəlləsi olan bu akt ilə bağlı köhnə qanunlarda müddəalar olsada, demək olar ki, tətbiq edilmirdi. Ümid edək ki, parlament bu məcəllənin təkmilləşdirilmiş formasını qəbul edəndən sonra cəmiyyət də məcəlləyə etibar edəcək ,rəqabət orqanı da üzərinə düzünə düşən işi görəcək”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et