İngiltərənin bankçılıq nəhəngi müflis olan ABŞ bankının ölkəsindəki aktivlərini satın alır | Banco.az

İngiltərənin bankçılıq nəhəngi müflis olan ABŞ bankının ölkəsindəki aktivlərini satın alır

Müəllif: Tamara Mustafayeva, Banco.az

HSBC Silikon Vadisi Bankının (SVB) Böyük Britaniyadakı aktivlərini satın alır.

Banco.az xəbər verir ki, 10 mart tarixinə olan məlumata görə, SVB İngiltərənin borcu 5,5 milyard funt-sterlinq, depozitləri isə 6,7 milyard funt-sterlinq həcmindədir.

İngiltərə Mərkəzi Bankının bəyanatında isə qeyd olunub ki, SVB İngiltərənin ölkənin bankçılıq nəhənglərindən olan HSBC-yə satışı asanlaşdırılıb.

Britaniyanın Maliyyə naziri Ceremi Hant da bəyan edib ki, SVB İngiltərə müştərilərinin əmanətləri qorunacaq və vergi ödəyicilərindən vəsait tutulmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-ın Silikon Vadisi Bankının (SVB) müflisləşməsi 2008-ci il böhranından sonra ən böyük bank uğursuzluğudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram