İngiltərənin aparıcı bankı FED-in faiz qərarı ilə bağlı proqnoz verib | Banco.az

İngiltərənin aparıcı bankı FED-in faiz qərarı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın beynəlxalq bankı “HSBC” FED-in faiz qərarı ilə bağlı proqnozunu bölüşüb.

Banco.az xəbər verir ki, “HSBC”nin Aktivlərin İdarə Edilməsi Departamenin məlumatına görə, ABŞ-da iqtisadi tənəzzülün əlamətləri aydınlaşdıqca, FED monetar siyasətindəki istiqaməti dəyişdirəcək və faiz dərəcələrini valyuta bazarlarının proqnozlaşdırdığından daha tez və daha aqressiv şəkildə endirəcək.

Mövzu ilə bağlı bankın Qlobal Baş Strateqi Co Litl açıqlama verib.

O, bildirib ki, Fed rəsmilərinin ilin sonuna qədər faiz dərəcələrini 100 baza bəndi azaltma ehtimalı var və bununla da, hazırda ABŞ-ın svop bazarlarında nəzərdə tutulan rəqəmdən iki dəfə yüksək nəticə gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Litl həmçinin 2024-cü ildə daha 200 baza bəndi azalma ola biləcəyinə də diqqət çəkib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et