İngiltərədə milyonlarla insan maddi çətinliklər yaşayır | Banco.az

İngiltərədə milyonlarla insan maddi çətinliklər yaşayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada 11 milyon insan borclarını ödəmək üçün mübarizə aparır.

Banco.az xəbər verir ki, İngiltərənin nəzarət qurumu olan Maliyyə İdarəetmə Qurumunun (FCA) verdiyi açıqlamada qurumun araşdırmasına görə, bu ilin yanvar ayında ölkədə borclarını ödəməkdə çətinlik çəkənlərin sayının 10,9 milyon nəfərə çatdığı qeyd edilib.

Ötən ilin may ayında isə bu rəqəm 7,8 milyon idi.

Açıqlamada vurğulanıb ki, ölkə əhalisinin təxminən 28 milyonu borclarına görə gərgin stress altında yaşamağa davam edir.

Həmçinin qeyd olunub ki, 6 ayda kredit və qaimə ödənişlərini ən azı 3 dəfə vaxtında yerinə yetirə bilməyənlərin sayı isə ilin yanvar ayında ötən ilin may ayına nəzərən 1,4 milyon nəfər artaraq 5,6 milyon nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et