İngiltərə proqnozlara yaxın inflyasiya açıqlayıb | Banco.az

İngiltərə proqnozlara yaxın inflyasiya açıqlayıb

Tamara Mustafayeva, Banco.az

Ötən ay İngiltərədə illik inflyasiya proqnozlardan cüzi fərqlənib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyada avqust ayında illik inflyasiya 9,9 faiz qeydə alınıb.

"Bloomberg" sorğusunda iştirak edən iqtisadçılar inflyasiyanın 10 faiz olacağını gözləyirdilər.

Xatırladaq ki, iyulda inflyasiya ötən 40 ildə ilk dəfə olaraq 10,1 faizlə ikirəqəmli həddə çatmışdı.

Avqustda aylıq inflyasiya isə 0,5 faiz təşkil edib. Proqnozlar 0,6 faizə işarə edirdi.

İllik nüvə inflyasiyasında da artım müşahidə olunub. Belə ki, avqust ayı üzrə 6,3 faiz açıqlanan nüvə inflyasiyasına dair proqnozlar 6,2 faiz idi. İyulda isə bu göstərici 6,2% olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et