İngiltərə iqtisadiyyatı 7 ayın ən sürətli kiçilmə tempini yaşayıb | Banco.az

İngiltərə iqtisadiyyatı 7 ayın ən sürətli kiçilmə tempini yaşayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə iqtisadiyyatı bu ilin iyul ayında 0,5 faiz kiçilib.

Banco.az xəbər verir ki, İngiltərədə iqtisadiyyat xərclərin məhdudlaşdırılması və işçi tətillərinin dövlət sektoruna təsiri səbəbindən ötən 7 ayın ən sürətli daralma dinamikası ilə üzləşib.

Britaniya Milli Statistika İdarəsi (ONS) bəyanatında iyun ayında qeydə alınan 0,5 faizlik artımdan sonra ümumi daxili məhsulun (ÜDM) 0,5 faiz azaldığını açıqlayıb. İqtisadçılar isə ölkə iqtisadiyyatının sözügedən dövrdə 0,5 faiz kiçiləcəyini proqnozlaşdırmışlar.

ONS bəyanatında həmçinin qeyd olunub ki, iyul ayında xidmət sektoru 0,5 faiz, istehsal sektoru 0,7 faiz, tikinti sektoru isə 0,5 faiz kiçilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram