ING 2026-cı il üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib | Banco.az

ING 2026-cı il üçün Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2026-cı il üçün orta illik inflyasiyanı 5,1 % səviyyəsində proqnozlaşdırır.

 ING xəbər verir ki, əvvəlki proqnozla müqayisədə gözləntilər 0,2 faiz bəndi yüksəlib.

I rübdə orta illik inflyasiya gözləntilərə uyğun olaraq 5,6 % təşkil edib.

Bankın analitikləri II rübdə inflyasiyanın 6 % (azalma 0,1 faiz bəndi), III rübdə 4,5 % (azalma 0,1 faiz bəndi), IV rübdə isə 4,7 % (dəyişməz) təşkil edəcəyini proqnozlaşdırırlar. Ümumilikdə, ING 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 5,2 % səviyyəsində proqnozlaşdırır (əvvəlki proqnozla müqayisədə dəyişməz olaraq qalacaq).

2026-cı ilin birinci rübündə ING orta illik inflyasiyanı 4,5 %, ikinci rübdə 4,9 %, üçüncü rübdə 5,2 %, dördüncü rübdə isə 5,7 % səviyyəsində gözləyir.

İqtisadiyyat Nazirliyi bu il ölkədə orta illik inflyasiyanın 5,1 %, gələn il isə 4,3 % təşkil edəcəyini proqnozlaşdırır.

Azərbaycan Mərkəzi Bankının son proqnozlarına (2025-ci ilin yanvar ayında) görə, bu il inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

BMT 2025-ci ildə Azərbaycanda inflyasiyanı 3,6 %, gələn il isə 3,1 % səviyyəsində proqnozlaşdırır.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

“S&P Global” və “Moody's” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 %, 2026-cı ildə isə 3 % səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-mart aylarında isə 5,6 % təşkil edib.

report