Ötən il İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) xərcləri ümumilikdə 3,7 milyon manat təşkil edib ki, bu da 2023-cü il ilə müqayisədə 4,3 dəfə çoxdur.
Bu barədə qurumun 2024-cü il üzrə maliyyə hesabatı xəbər verir.
Belə ki, 2023-cü ildə Agentliyin ümumi xərcləri 856 min manat olub.
Sənədə əsasən, ötən il İKTA-nın inzibati (idarəetmə) xərcləri 2 dəfə artaraq 3 653 753 manat, amortizasiya xərcləri 24,9% artaraq 59 039 manat, maliyyə xərcləri 5,5 dəfə azalaraq 12 007 manat, digər xərclər isə 2,3 dəfə artaraq 14 000 manat təşkil edib.
Hesabat dövründə Agentliyin əsas gəlirləri olmayıb. Qurum ötən ili 3,7 milyon manat zərərlə başa vurub.
Qeyd edək ki, 2023-cü ildə isə Agentliyin zərəri 864 min manat olub.