Tamara Mustafayeva, Banco.az
Elektromobil istehsalçısı Tesla şirkətinin CEO-su İlon Mask rəsmi twitter səhifəsindən etdiyi açıqlamada bir vaxtlar Tesla şirkətini Apple-a satmaq istədiyini, ancaq CEO Tim Kukun görüşməyə razı olmadığını bildirib.
İlon Mask Apple firmasının elektromobil istehsal edəcəyini elan etməsindən sonra bir sıra açıqlamalar edib. Belə ki, o, Tesla şirkətinin Model 3 seriyasını istehsal edildiyi ərəfələrdə üzləşdiyi çətin günlər əsnasında şirkəti Apple firmasına satmaq üçün rəhbərlik ilə əlaqə yaratmağa çalışdığını bildirib. Ancaq Apple şirkətinin CEO-su Tim Kuk görüşməyi qəbul etməyib.
Mask həmçinin bildirib ki, Tesla hazırkı dəyərinin onda birinə Apple şirkətinə satıla bilərdi, ancaq Tim Kuk istəmədi.
Həmçinin oxu: Apple firmasından sonra LG də avtomobil bazarına daxil olacaq
Bizi sosial şəbəkələrdən izləyin!!