İlon Mask Covid-19 qadağalarına əməl etməyəcəyini açıqladı | Banco.az

İlon Mask Covid-19 qadağalarına əməl etməyəcəyini açıqladı

Tamara Mustafayeva, Banco.az

Tesla şirkətinin CEO-su İlon Mask, "Mən də bu gün hamı kimi iş başında olacağam. Əgər kimsə həbs ediləcəksə, o şəxsin özüm olmağını istəyirəm", deyə açıqlama edib.

İlon Mask yeni növ koronavirus pandemiyası səbəbilə açılmasına icazə verilməyən iş yeri və fabriklərin bağlı qalmasına dair göstərişlərə baxmayaraq, maşın istehsalına yenidən başlayacaqlarını bildirib.

Mask şəxsi Twitter səhifəsindən etdiyi açıqlamada şirkətinin Covid-19 qadağalarına baxmayaraq, bu gün yenidən maşın istehsalına başlayacağını elan edib. O, həmçinin, "Mən də bu gün hamı kimi iş başında olacağam. Əgər kimsə həbs ediləcəksə, o şəxsin özüm olmağını istəyirəm", deyə əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Kaliforniya əyaləti rəsmilərinin Tesla şirkətinin istehsala başlaması üçün icazə verməsini istəyən Mask, əks təqdirdə, şirkətin Alameda bölgəsindəki yeganə istehsal müəssisəsini Texas və ya Nevada ştatlarına köçürməklə hədələmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlon Mask koronavirus tədbirlərinə belə reaksiya verdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et