İlk uçan taksi Hindistanda istifadəyə veriləcək | Banco.az

İlk uçan taksi Hindistanda istifadəyə veriləcək

Müəllif:Mehin Qasımova/Banco.az

7-8 aydan sonra Hindistanda uçan taksi istifadəyə veriləcək.

Banco.az xarici mediaya istinadən xəbər verir ki,bu barədə şirkət rəhbərliyi məlumat verib.

Belə ki, ePlane-in qurucusu Satya Çakravarti bildirib ki, e200 uçan vasitəsi ilk uçuşunu edəcək. Çakravarti aydınlaşdırıb ki, bu tip hava taksisi Hindistan şəhər mənzərələrinin mürəkkəbliklərini, o cümlədən yığcam ölçüsünə görə dəf etməyə qadirdir. Uçan taksinin akkumulyatorunun doldurulması qısa məsafəyə çatmağa kifayət edəcək.

Öz növbəsində, təyyarənin ölçüləri onun məhdud məkanda enməsinə imkan verəcək. Onun sözlərinə görə, ilk uçuş 2024-cü ilin sentyabr-oktyabr aylarında baş tuta bilər. Şirkətin təsisçisinin sözlərinə görə, hava taksi xidmətlərinin qiyməti Uber kimi ənənəvi taksi xidmətlərindən iki dəfə baha olacaq. Bununla belə, istifadəçilər səyahət vaxtına əhəmiyyətli dərəcədə qənaət edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl TASS Yaponiyada  uçan avtomobillərin istehsalına başlanacağı barədə məlumat verib.Bu İnkişaf və istehsal Suzuki və Skydrive şirkətlərinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Bu avtomobillər 12 elektrik mühərriki ilə təchiz olunacaq və onların salonu üç nəfərin daşınması üçün nəzərdə tutulub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et