İlk banklar necə yaranıb? | Banco.az

İlk banklar necə yaranıb?

Pul ya ona sahib olan insan üzərində hakim kəsilir, ya da ona  xidmət edir. 

Bank işinin tarixi bizim eradan əvvəl yeddinci əsrdə başlayır. Məlum bir faktdır ki, hələ həmin vaxtlarda qədim Babilistanda tacirlər fəaliyyət göstərirdilər. Hətta ilk bank biletləri hesab olunan “hudu”lar qızıla bərabər tutulurdu.

Bəllidir ki, qədim Yunanıstanda  trapezit–sərrafları mövcud idi. Onlar sikkələrin dəyişməsini həyat keçirir və pulları saxlanmaya qəbul edirdilər. Həmçinin orada ilk nağdsız hesablaşmalar da həyata keçirilmişdir, yəni ilk dəfə müştərilərin hesabına vəsaitlərin mədaxili və çıxarışları olmuşdur. Deməli ilk dəfə kassa hesablaması xidməti də məhz burda reallaşıb. Bundan əlavə qədim yunan məbədləri, özlərində saxlanan ehtiyatlardan, ianələrdən borc verirmişlər. 

Bizim eradan əvvəl II əsrdə isə Fiv, Hermontis, Memfis və Siena kimi meqapolis şəhərlər ilə  bir cərgədə, həm də çar bankları adlanan qurumlar hökm sürürdü. Burada yığılan vergilərdən və dövlət müəssislərdən toplanmış vəsaitlər saxlanılırdı. Pullar ictimai ehtiyaclara, məsələn əsgərlərin əmək haqqının ödənməsinə və ya ordunun saxlanmasına sərf olunurdu. 

Qədim Romada bank fəaliyyəti ilə mensariilər və arqentarilər məşğul olurdular. Onlar ilk olaraq pul sikkələrinin dəyişməsində ixtisaslaşmışdılar. Ikincisi isə -onlar vəsait cəlb edərək kreditlər verirdilər, həmçinin şəhərlər arası pul köçürmələrini həyata keçirirdilər. 

Orta əsrlərdə bank xidmətlərinə tələbat nəzərə çarpacaq qədər artmışdır: dövriyyədə  çoxlu sayda valyutalar idi və onları ticarətdə istifadə etmək üçün dəyişmək tələb olunurdu. Məhz həmin zamanda «bank» termini meydana çıxdı, bank həmin zamanlar pul sərraflarının oturduğu dükanın adı idi. Banco italyan dilindən tərcümədə  «skamya», «köşk» deməkdir. Həmin dövrdə bankirlər artıq təkcə valyuta dəyişməsi ilə deyil, həm də müştərilərə hesab açılması və nağdsız ödənişlərin həyata keçirilməsi ilə məşğul idilər.

Məlum olduğu kimi, katolik kilsəsi faiz qoyuluşunun əleyhinə çıxış edirdi, buna görə də Orta əsrlər dövründə bank işi müstəsna olaraq yəhudilərdə inkişaf etməyə başlamışdı. Papa III Aleksandr 1179-cu ildə Üçüncü Lateran kilsə yığıncağında bəyan etmişdir ki, faiz götürən insanlar priçastiyedən (xristian dini ayinlərindən biri) və xristian kimi dəf olunmaq hüququndan məhrum edilməlidir. Bankirlər Fransada da təqibə məruz qalırdılar. Əsasən Müqəddəs Lüdoviqin və Gözəl Filipin, İngiltərədə isə III Henrinin vaxtlarında bankirlərin həyatı xüsusi çətin keçirdi. Maraqlıdır ki, bəzən ölkədən xaric edilmiş bankirlər geriyə qayıtmaq hüququnu belə  pulla satın alırdılar. Bu isə artıq hökumət üçün qazanc mənbəyinə çevrilmişdi.  1460-cı illərdə İtaliyada montes pietatis adlı xüsusi sosial müəssislər yaradılmışdı, onlar insanlardan ianələr və xeyri məqsədi ilə bağışlanmış pullar qəbul edir və onu çox cüzi faizlər ilə ehtiyacı olanlara verirdilər. Bu faizlərin miqdarı yalnız müəssisənin xərclərini ödəməyə kifayət etməli idi, yəni qazanc məqsədi güdməli deyildi.

Ən sərfəli kredit üçün müraciət et

Ilk banklardan biri Genuya Respublikasında yaradılmış yoldaşlıq cəmiyyəti hesab olunur. Onun əsas funksiyası müəyyən gəlirlərin yığılmasına nəzarət etmək və oradan gələn vəsaitin Əlcəzair və Tunisdəki müharibələrin xərclərini qapağa yönəltmək idi. Cəmiyyətin əsası 1147-ci ildə qoyulmuş və o, 1816-cı ilə qədər fəaliyyət göstərmiş, digər xidmətlər ilə yanaşı fiziki şəxslərin əmanətlərini də qəbul edirmiş. İlk dövlət bankı isə Venessiya  Respublikasının senatının qərarı ilə 1584-cü ildə yaradılmış Вanco de la Piaza de Rialto olmuşdur.

1609-cu ildə Bank Amsterdam açılmışdı. O, məhz onunla məşhurdur ki, «bank florini» adlanan anlayış tətbiq etməyə başlamışdı. Yəni bank florini, banka qəbul olunan bütün sikkələrin əridilərək çevrildiyi təmiz gümüşün müəyyən olunmuş miqdarına bərabər pul vahidi idi. Ingiltərəli Vilyam Peterson Amsterdam Bankının fəaliyyətini araşdıraraq belə qənaətə gəlmişdir ki, bankın öz öhdəliklərini yerinə yetirə bilməsi üçün heç də yüz faizlik qiymətli metal ehtiyatlarına  malik olması mütləq deyil. 1609-cü ildə Petersonun proyekti əsasında İngiltərə Bankının açılışı olmuşdur. Bu bank özündə müasir emissiya bankının daşıdığı əsas xüsusiyyətləri cəmləmiş və kağız pulların buraxılmasına görə cavabdeh olmuşdur. Onun kapitalı dövlətin qiymətli kağızlarında yerləşdirilirdi və bu da öz növbəsində buraxılan banknotlar üçün təminat rolunu oynayırdı.