İlin sonunadək 3700 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək | Banco.az

İlin sonunadək 3700 mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək

"İki gün öncə Qobu-2 yaşayış massivinin açılışı olub. Orada 1300 ailəlik mənzillər tikilib". Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, həmin mənzillər təmirli və keyfiyyətlidir: "Özəl sektor tərəfindən tikilən binalarda fərq ondan ibarətdir ki, mətbəx mebeli və soyuducu ilə təmin olunur. Bu gün püşkatma başlayıb. Hazırda aidiyyəti şöbələr bu işlə məşğuldur. Ailə sayına uyğun olaraq mənzillər bölüşdürülür".

Ən sərfəli kredit üçün müraciət et

R. Rzayev qeyd edib ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək: "Şirvan şəhərində, Göyçay rayonunda 1 bina, Göygöl və Ucarda qəsəbə tikilir".

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et