Başa çatmaqda olan il ərzində Azərbaycanın sığorta bazarında ən böyük sığorta ödənişini "Bakı Sığorta" sığorta şirkəti həyata keçirib. Bu ödənişin məbləği 1,7 mln. AZN təşkil edib. Şirkətdən fins.az-a verilən məlumata görə, bu məbləğ işçilərin dələduzluğu və bank riskləri sığortası növü üzrə ödənilib.
Söhbət ölkə banklarının birində əməkdaşların dələduzluğu nəticəsində baş verən oğurluq, saxğakarlıq, fırıldaq, vəzifəsindən sui-istifadə, nağd pulun götürülməsi və s. kimi halların da yer aldığı hadisədən gedir. Hadisə üzrə ödəniş bu ilin may ayında həyata keçirilib.