Inventure Partners və investisiya fondu olan Atamico, alman ikinci əl elektronika platforması refurbed-ə 2,1 milyon dollar vəsait yatırıb. Inventure Partners bu mərhələnin aparıcı səhmdarı kimi çıxış edib.
Saziş imzalanarkən aparıcı səhmdarlar Speedinvest, Startup300 və digər nümayəndələr də iştirak edib. Maliyyələşdirmənin dəqiqlikləri barədə tərəflər heç bir məlumat vermir.
Həmçinin oxu: Mayonez 200 milyon vəsait cəlb edə bilib
Refurbed – mütəxəssis merçendayzerlərin təmir edilərək münasib qiymətə satışa çıxaran platformadır. Platforma üzərindən yenidən təmir edilən ikinci əl telefon, planşet və noutbukları əldə etmək mümkündür. Təqdim edilən məhsullar yenilərdən 40% aşağı qiymətə olub, bir illik zəmanət ilə satılır.
Inventure Partners fond nümayəndəliyi, bərpa edilən elektronika bazarının 2022-ci ilə qədər inkişaf edərək 10 milyard dollar göstəricisinə çatmasını gözləyir. Fond nümayəndəliyi refurbed platformasının da bu bazarın lideri kimi görmək istədiyini qeyd edib.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Немецкий маркетплейс cумел стать фаворитом инвестиционных фондов
Günel Gözəlova, Banco.az