"Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Aqşin Əmirov "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) rəhbərliyinə gətirilir. Bu barədə bank sektorundakı mənbə bildirib.
Məlumata görə, A. Əmirovun ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir.
Mənbə əlavə edib ki, A. Əmirovla yanaşı dövlət bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə "Bank of Baku"nun İdarə Heyətinin sədri Abbas İbrahimov da gətiriləcək.
"Hər iki şəxs artıq bir müddətdir ABB-də təhvil-təslim işləri ilə məşğuldur", - deyə həmsöhbətimiz bildirib.
Xatırladaq ki, dekabr ayında ABB-nin İdarə Heyəti sədri vəzifəsinin müvəqqəti icrası Xalid Əhədova həvalə olunub.
Mənbə: Apa.az