“IKEA” bürclərə uyğun mebel seçimi təklif edir | Banco.az

“IKEA” bürclərə uyğun mebel seçimi təklif edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IKEA” hər bir bürcə uyğun xüsusi tövsiyələr verməyə başlayıb.

Banco.az xəbər verir ki, İsveçin mebel nəhəngi “IKEA” müştərilərə tövsiyələrlə bağlı yeni üsula əl atıb.

Belə ki, həyatımızın hər sahəsində özünü göstərən və qərarlarımıza təsir etdiyinə inandığımız bürclər indi “IKEA” müştərilərinə yol göstərir.

Mebel nəhəngi müştərilər üçün bürclərinə ən uyğun məhsulu göstərən ulduzlarla bir yol çəkir.

“IKEA”nın Sinqapur filialı mağazalarındakı hər lövhəni 80 hissədən ibarət yeni ofis mebeli seriyası “MITTZON” və 60 və 70-ci illərin dizaynlarını ehtiva edən “Nytillverkad” seriyasındakı məhsullar da daxil olmaqla yeni məhsullarından biri ilə birləşdirib.

Məsələn, əhvalı tez-tez dəyişən Əqrəb bürcü tünd SÖTRÖNN şamının cazibəsinə, zərifliyi sevən Buğa isə dəbdəbəli görünən FRÖDD-ə meyl edə bilər. Müdrikliyi sevən Qız bürcləri də dövri cədvəli göstərən BJÖRKSTA Çərçivəli Şəkli bəyənə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 12 bürcün hər biri üçün tövsiyələr mövcuddur. Bundan əlavə, “IKEA” öz təkliflərini “Instagram” səhifəsində yayımlayaraq müştərilərinə asanlıqla çatmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et