İİTKM-də monitorinq və qiymətləndirmə üzrə yeni təyinatlar olub | Banco.az

İİTKM-də monitorinq və qiymətləndirmə üzrə yeni təyinatlar olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə bir sıra dövlət proqramlarının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə edilib.

Ölkə başçısı tərəfindən göstərilən bu etimadı doğrultmaq və mühüm dövlət proqramlarının, strategiyaların və tədbirlər planlarının monitorinq və qiymətləndirilməsini vaxtında yüksək keyfiyyətlə yerinə yetirmək üçün İİTKM-in kadr potensialı gücləndirilir. Qabaqcıl beynəlxalq təcrübəyə əsasən, monitorinq və qiymətləndirmə institutu rəqəmsal texnologiyalardan istifadə edilməklə təkmilləşdirilir. Məhz İİTKM-də monitorinq və qiymətləndirmə sahəsində həyata keçirilən kadr təyinatı və struktur islahatları, həmçinin idarəetmə texnologiyaları da ali rəhbərliyin tapşırıqlarının yüksək səviyyədə yerinə yetirilməsinə, bu sahədə rəqəmsal həllərin tətbiqi məqsədinə xidmət edir. Yeni kadr təyinatları çərçivəsində Almaniyanın Bonn Universitetində doktorantura təhsili almış, Mərkəzin şöbə müdiri Dr.Rəşad Hüseynov monitorinq və qiymətləndirmə üzrə icraçı direktorun müavini təyin edilib.

Həmçinin İİTKM-də aparılan struktur islahatları nəticəsində Monitorinq və qiymətləndirmə şöbəsinin tərkibində üç yeni sektor yaradılıb və yeni təyinatlarla bu şöbənin potensialı gücləndirilib. Belə ki, hüquq üzrə fəlsəfə doktoru İlqar Babayev şöbənin müdir müavini təyin olunub. Qeyd edək ki, İstanbul Ticarət Universitetində təqaüd ilə beynəlxalq ticarət və Avropa Birliyi hüququ ixtisası üzrə doktorantura təhsil alan İ.Babayev bundan əvvəl Təhsil Nazirliyi sistemində bir sıra vəzifələrdə çalışıb. Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru Emil Qasımov şöbənin Sahəvi proqramların monitorinqi sektoruna, iqtisad üzrə fəlsəfə doktoru Təranə Salıfova isə Sosial-iqtisadi proqramların monitorinqi sektoruna rəhbər təyin olunub. Onların hər ikisi daha əvvəl İqtisadiyyat Nazirliyinin strukturlarında fəaliyyət göstəriblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilənlərlə yanaşı, ADA Universitetinin məzunları Şəbnəm Məmmədli və Elşən Yusifli, həmçinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu, Prezident təqaüdçüsü Coşqun Cəfərov da Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.

İİTKM-də monitorinq və qiymətləndirmə institutu müasir idarəetmə texnologiyaları, rəqəmsal həllər, qabaqcıl nəticə əsaslı metodologiya və bacarıqların inkişaf etdirilməsi ilə yüksək səviyyədə təşkil edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et