İİTKM-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti ilə görüş keçirilib | Banco.az

İİTKM-də İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti ilə görüş keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, biznes mühitinin şaxələndirilməsi istiqamətində görülən işlərdən danışılıb. Həmçinin yerli startapların qlobal səviyyədə sərmayə cəlbi üçün qarşılıqlı imkanlar müzakirə olunub. İİTKM ilə İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.

İİTKM-in Rəqəmsal Ticarət Qovşağının (RTQ) meneceri Nicat Əsədli Rəqəmsal Ticarət Qovşağı vasitəsilə təqdim olunan mobil rezidentliyin xarici iş adamlarının ölkəyə gəlmədən rahatlıqla Azərbaycanda biznes qura bilməsi üçün təqdim etdiyi imkanlar barədə məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra EnterpriseAzerbaijan portalının meneceri Oruc Dursunzadə portalın startaplar üçün təqdim etdiyi crowdfunding, crowdinvesting xidmətlərindən, startaplara toxum, mələk və vençur investorları vasitəsilə sərmayə cəlbi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Portal startapların ideya və layihələrinin dünya investisiya bazarına çıxışını asanlaşdırır.

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun isə İsrail investorlarının Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes mühitinin mövcud olduğunu vurğulayıb və aidiyyəti qurumlarla birgə təcrübə mübadiləsi aparıldığını deyib. 

Ən sərfəli krediti almaq üçün müraciət et