Müəllif - Aida İsaq, Banco.az
“IFO” Almaniya iqtisadiyyatı üçün 2023-cü il daralma gözləntisini yüksəldib. Bununla yanaşı, 2024-cü il üçün artım gözləntilərini aşağıya çəkib.
Banco.az xəbər verir ki, şirkət yay proqnozlarına görə, Almaniya iqtisadiyyatının bu il 0,4 faiz azalacağını proqnozlaşdırıb. Hansı ki, yaz aylarında iqtisadiyyatın bu il cəmi 0,1 faiz daralacağını proqnozlaşdırmışdı. Şirkət həmçinin gələn il üçün artım proqnozunu 1,7 faizdən 1,5 faizə qədər yenidən nəzərdən keçirib.
Yay hesabatına görə, yüksək inflyasiya səbəbindən bu il şəxsi istehlak 1,7 faiz azalacaq. 2024-cü ildə isə cəmi 2,2 faiz artacaq. Digər tərəfdən, tikinti investisiyaları daha sürətli daralacaq. İşsizlərin sayının bu il 2,42 milyondan 2,55 milyona qədər bir qədər artacağı və gələn il yenidən 2,45 milyona düşəcəyi, işsizlik səviyyəsinin isə 2023-cü ildə 5,3 faiz, 2024-cü ildə isə 5,5 faiz olacağı proqnozlaşdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!