IEA neftə qlobal tələbatın artım proqnozunu 1,2 milyon barel səviyyəsində saxlayıb | Banco.az

IEA neftə qlobal tələbatın artım proqnozunu 1,2 milyon barel səviyyəsində saxlayıb

2020-ci ildə dünyada neftə tələbat gündəlik olaraq 101,5 mln. barel təşkil edəcək.

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün neftə tələbatın artım proqnozunu gündəlik 1,2 mln. barel səviyyəsində saxlayıb. 

IEA hesabtında qeyd edir ki, dünyada neftə olan tələbat illik nisbətdə 955 min barel artaraq oktyabr ayında 101.1 mln. barelə çatıb ki, bununla bağlı tam məlumat mövcuddur. "Bu, aprel ayından bəri ən sürətli illik artım tempi idi və iyul ayından bəri müşahidə olunan sürətlənməni təsdiqləyir", - hesabatda bildirilir.

Əvvəlki aylarda olduğu kimi, tələbin artmasının əsas hissəsi Çin (+720 min b/g), Səudiyyə Ərəbistanı (+290 min b/g) və Braziliya (+125 min b/g) kimi ölkələrin payına düşüb. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində isə gündəlik tələbat 425 min barel olub. Bu həcm Hindistanda sabit qalıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin noyabr ayı üçün son məlumatlar daha əvvəlki aya nisbətən 2,9 mln. barel azalma nümayiş etdirib. Oktyabrda bu rəqəm 2,912 mlrd. barel olub ki, bu da 4,3 mln. barel fərqlə ehtiyatların orta beş illik dəyərinə uyğundur. Noyabrın sonunda ümumi ehtiyatlar orta beşillik səviyyəni 8,9 mln. barel üstələyib.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et