IEA: "2024-cü ilə qədər alternativ enerji istehsalı 50% artacaq" | Banco.az

IEA: "2024-cü ilə qədər alternativ enerji istehsalı 50% artacaq"

2024-cü ilə qədər dünyada bərpa olunan (alternativ) mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50% artaraq 3 721 giqavat-a çatacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Bərpa olunan enerji 2019" məruzəsində bildirilir. 

Xatırladaq ki, ötən il dünyada alternativ enerjinin quraşdırılmış gücü 2 501 giqavat olub. Bunun 1 290 giqavat-ı su elektrik stansiyalarının, 565 giqavat-ı külək elektrik stansiyalarında, 496 giqavat-ı isə günəş elektrik stansiyalarında formalaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ildə günəş enerjisi üzrə istehsal gücünün 1 195 giqavat-a, külək enerjisi üzrə istehsal gücünün isə1 411 giqavat-a çatacağı gözlənilir. 

Proqnoza görə 5 ildən sonra ən çox alternativ enerji Çində (1 219 giqavat), ABŞ-da (411 giqavat) və Hindistanda (235 giqavat) istehsal ediləcək. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç