“İdarəçi hər kəslə mümkün qədər səmimi olmalıdır” – Anar Bayramov | Banco.az

“İdarəçi hər kəslə mümkün qədər səmimi olmalıdır” – Anar Bayramov

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“İdarəetmədə tabeliyimizdəki əməkdaşlarla mümkün qədər səmimi olmağa çalışmalıyıq. Amma burada  səmimiyyət hər şeyi demək anlamına da  gəlməməlidir”.

Banco.az-ın məlumatına görə bu fikirləri  “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov deyib.

Konsultant hesab edir ki, bəzi idarəçilər burada təcrübəsizliyə yol verib sonra həmin “məngənə”də əzilirlər.

“Təsəvvür edin, yuxarı rəhbərliklə və ya sahibkarla olan bütün söhbətləri olduğu kimi tabeliyindəki işçilərlə paylaşırsan. Və ya əksinə. Ya da  yuxarı rəhbərlikdə hansısa işçi haqqında yanlış təsəvvür var, bu təsəvvürü dəyişmək, obyektiv qiymətləndirməyə nail olmaq artıq menecerin vəzifəsidir. Əksinə həmin yanlış təsəvvürü sözügedən işçi ilə paylaşmağın heç kimə faydası olmaz, şirkətə ziyanı olar.  İdarəçi malik olduğu bütün məlumatları tabeliyindəki işçi ilə (yaxın dostu olsa belə) paylaşmaq məcburiyyətində deyil. Bunu həmin işçilər də başa düşməlidir”.

 Anar Bayramov düşünür ki, peşəkar yanaşma, biznes etikası bunu tələb edir:

“Rəhbərin hər şeyi demək məcburiyyəti yoxdur amma etik çərçivələri də nəzərə almalıdır. İdarəetmədə rəhbər hər kəslə dürüst, mümkün qədər səmimi olmalıdır. Bunun üçün maksimum çalışmalıyıq...”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram