İclasları necə daha səmərəli etmək olar? | Banco.az

İclasları necə daha səmərəli etmək olar?

Ötən məqalələrimizdən birində iclasların əksərən vaxt və pul itkisi olmasından yazmışdıq. Bəs, iş həyatının ayrılmaz tərkib hissəsi olan iclasları necə məhsuldar etmək olar? Bugünkü məqaləmizdə əslində hər kəsə məlum olan, ancaq tez-tez rast gəlinməyən bir üsuldan bəhs edəcəyik: Səssizlik

Həmçinin oxu: İclasların 99 %-i pul israfıdır

Əslində hamımız səssizliyi sevər, təqdir edərik. Əsrlər boyunca şair və filosoflar səssizliyin dərinliyinə diqqət çəkmişlər. Ancaq günümüzdə insanlar səssizliyin, xüsusilə də peşəkar həyatda narahatlığa səbəb olduğunu düşünürlər. İclaslarda müntəzəm olaraq danışıqlara yer verilməsi də bəlkə də, məhz bu səbəbdəndir.

Bununla belə səssizliyi mənimsəyən, virtual və ya üzbəüz iclaslarda danışıqlara çox da yer verməyən şirkətlər də var.

Bəs, buna necə nail olmaq olar?

Ceff Bezos iclasların səssiz keçməsini sevir

E-ticarət nəhəngi “Amazon”–un CEO – su Ceff Bezos səssiz iclasların banisi hesab edilə bilər. Peşəkar idarəçilərlə görüşdüyü iclaslarda danışmağa başlamazdan əvvəl hər kəs təqribən 30 dəqiqə boyunca qarşılarında olan sənədləri oxuyaraq qeydlər edirlər. Bu üsul əslində vaxta qənaət etmək üçün düşünülmüşdür. Bu müddət ərzində işçilər mövzu ilə bağlı məlumatlardan agah olur, qeydlər götürür və əks arqumentlər hazırlayırlar. Bezosa görə, bu üsulla çalışmayan işçilərdən ideya gözləməyin tapşırıqlarını yerinə yetirmədən məktəbə gedən şagirddən dərsi danışmasını istəməkdən bir fərqi yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Nəhayət danışıqlara başlandığı zaman isə hər kəs təkcə mühüm hissələri danışacağını bilir.

Square – dəki səssizlik

Səssiz iclaslar həmçinin maliyyə xidmətləri və mobil ödəmə şirkəti olan Square – də də istifadə edilir. Firmanın marketinq meneceri Alyssa Henry kağız və qələmlə işləmək əvəzinə Google Docs və kompüterlə işləməyə üstünlük verir. Square – də kompüter mühəndisi olan Pierre-Yves Ricau da yayımladığı bir məqalədə bu üsulla öyrəşməyin müəyyən qədər vaxt apardığını söyləmişdi:

“Bir otaq dolusu Square idarəçisi mühüm bir iclas üçün görüşürlər. Hər kəs səssiz şəkildə kompüterlərinə baxır. Diqqəti yayındıra biləcək tək şey klaviaturaya toxunarkən çıxan səsdir. 30 dəqiqə sonra danışıqlar başlayır.”

Səssiz iclasların baş rolundakı isim olan Henry – nin məqbul səbəbləri var. “Araşdırmalar göstərir ki, azlıqlar, qadınlar, evdən işləyənlər və introvert işçilərin fikirlərini eşitmək ənənəvi üsullarla çox mümkün olmur.”

Səssiz iclasların başqa bir müsbət cəhəti də təkrara yox verilməsini azaltmasıdır. Hər kəs eyni sənəd üzərində işlədiyi üçün bir nəfərin bildirdiyi rəyi və ya irəli sürdüyü fikri başqasının görməmək kimi bir şansı yoxdur. Bununla yanaşı iclasların qeydlərinin və fikirlərin müəllifinin kim olduğuna dair məlumatlar da asanlıqla toplanır. Səbəbi nə olursa olsun, Square–nin qurucusu və CEO–su Cek Dorsey bu üsulun ən böyük dəstəkləyicilərindən biridir.

Tamara Mustafayeva, Banco.az