İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı artıb. | Banco.az

İcbari sığortaya cəlb olunan avtonəqliyyat vasitələrinin sayı artıb.

Bürodan "Banco.az"a daxil olan məlumata görə 2015-ci ilin yanvar-oktyabr ayları ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 826 744 müqavilə qeydiyyata alınıb. Bunların 145 726-ı xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 65 milyon manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 6%, sığorta haqlarının məbləğində isə 10% artım müşahidə edilib.