I rübdə ABŞ iqtisadiyyatının artımı gözləniləndən xeyli aşağı olub | Banco.az

I rübdə ABŞ iqtisadiyyatının artımı gözləniləndən xeyli aşağı olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ilk rübdəki artımı proqnozları qətiyyən doğrultmayıb.

Banco.az xəbər verir ki, zəif investisiya xərcləri və ehtiyatların azalmasının istehlak xərclərindəki artımı zəiflətməsi səbəbindən ilin I rübündə ABŞ iqtisadiyyatının artım tempi ləngiyib.

Belə ki, ölkədə birinci rübdə illik iqtisadi artım 1,1 faiz olub. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar isə 1,9 faizlik artım gözləyirdilər. Ötən ilin son rübündə isə bu göstərici 2,6 faiz idi.

Rəsmi məlumatlar göstərir ki, birinci rübdə şəxsi xərclərdəki artım proqnozlaşdırılandan aşağı olub. Belə ki, şəxsi xərclər sözügedən dövrdə  3,7 faiz artım göstərib ki, iqtisadçılar 4 faiz gözləyirdilər. Ötən rüb ABŞ-da şəxsi xərclərdə 1 faiz artım qeydə alınmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et