“Hyundai” bəzi avtomobil funksiyaları üçün ödənişli abunəlik tətbiq edəcək | Banco.az

“Hyundai” bəzi avtomobil funksiyaları üçün ödənişli abunəlik tətbiq edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” avtomobillərinin bəzi xüsusiyyətləri üçün ödənişli abunəlik tətbiq edəcək. Beləliklə, şirkət rəqibləri olan “BMW” və “Audi”nin yolu ilə getməyi planlaşdırır.

Banco.az xəbər verir ki, “Hyundai Connected Mobility” şirkətinin rəhbəri Markus Velzin sözlərinə görə, şirkət avtomobillərin funksionallığını daha da fərdiləşdirən “Features-on-Demand” sistemini təqdim etmək istəyir.

Bu sistem avtomobil sahiblərinə əlavə ödəniş müqabilində oturacaqların qızdırılması kimi bir sıra variantları aktivləşdirməyə imkan verəcək.

O,köhnə avtomobillərdə hansı funksiyaların uzaqdan tətbiq oluna biləcəyini dəqiqləşdirməyib, lakin təklif edib ki, bir ödəniş müqabilində daha yüksək performans və funksionallıq əldə etmək üçün akkumulyator, mühərrik, kameralar və digər sensorlar kimi mövcud komponentlərin proqram təminatını yeniləmək mümkündür. 
Bildirilir ki, bununla şirkət avtomobili satdıqdan sonra müştərilərinə daha yaxın olmağa çalışır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram