“Huawei” “Philips Smart Eye Massager” adlı cihazını təqdim edib | Banco.az

“Huawei” “Philips Smart Eye Massager” adlı cihazını təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

“Huawei” “Philips Smart Eye Massager” adlı cihazını təqdim edib.

Banco.az xəbər verir ki, qadcet VibWave vibrasiya dalğası texnologiyası, həmçinin mikrovibrasiya mühərrikləri olan 14 böyük kontaktla təchiz edilib. Cihaz yüngül təzyiq, həmçinin göz yuvası nahiyəsində mikromasaj həyata keçirməyə imkan verir. Eyni zamanda istifadəçiyə seans zamanı qulaqlıqdan istifadə etmədən musiqi dinləyə bilmək özəlliyinə sahibdir. “Philips Smart Eye Massager”in çevik dizaynı onu istənilən üz formasına uyğunlaşdırmağa imkan verir. Cihazın çəkisi 245 qramdır ki, bu da standart smartfonun çəkisindən bir qədər çoxdur. Çində qadcetin qiyməti 749 yuan təşkil edir.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram