Hörmüz boğazı Körfəz ölkələrinə 50 milyard dollardan çox ziyan vurub | Banco.az

Hörmüz boğazı Körfəz ölkələrinə 50 milyard dollardan çox ziyan vurub

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-İsrail hücumları və Tehranın cavab zərbələrindən sonra regional gərginliyə çevrilən münaqişə artıq bir aydan çox davam edir.

Banco.az xəbər verir ki,  Körfəz iqtisadiyyatları üçün əsas gəlir mənbəyi olan neft və təbii qaz ixracının dayanması ilə müharibənin bu ölkələrə vurduğu ziyan günbəgün artır.

Belə ki, Hörmüz bağlanması səbəbindən, xüsusilə Körfəz ölkələri müharibənin başlanğıcından bəri enerji gəlirlərində ciddi itkilərə məruz qalıblar.

Mayeləşdirilmiş təbii qaz (LNG) və bütün digər məhsullar da daxil olmaqla, bu ölkələrin ümumi itkilərinin 50 milyard dolları keçə biləcəyi təxmin edilir.