Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanın ən böyük kriptovalyuta birjası “WazirX” haker hücumu nəticəsində 234,9 milyon dollar itirib.
Banco.az xəbər verir ki, bu barədə birja rəhbərliyi “X” hesabında məlumat yayıb.
"Komandamız hadisəni aktiv şəkildə araşdırır, aktivlərinizin təhlükəsizliyini təmin etmək üçün Hindistan rupisi və kriptovalyutaların çıxarılması müvəqqəti olaraq dayandırılacaq", - deyə məlumatda bildirilir.
“Economic Times”a görə, “WazirX”in “Safe Multisig” cüzdanından istifadə edərək “Ethereum”da çoxsaylı şübhəli əməliyyatlar aşkar edilib. Məlumata görə, bu pul kisəsindən 234,9 milyon dollar məbləğində vəsait yeni ünvana köçürülüb.
Hələlik “WazirX” rəhbərliyi bu məlumatı şərh etməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!