Müəllif:Ayşən İmanova/Banco.az
Hindistanda başlayan yeni toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollardan çox gəlir gətirəcək.
Banco.az xəbər verir ki, bu barədə Hindistan Ticarət Konfederasiyası məlumat yayıb.
Bu mövsüm Hindistanda 4,8 milyon toy olacağı gözlənilir. Ölkədə 3,5 milyon toy mərasiminin keçirildiyi ötən illə müqayisədə bu rəqəm xeyli çoxdur. Mütəxəssislər bunu hind astroloqlarının müəyyən etdiyi əlverişli tarixlərin sayının artması ilə əlaqələndirirlər.
Orta hesabla hindlilər toy mərasimlərinə 100-150 min dollar xərcləyir. Ən təvazökar tədbirlər 3,5 min dollara başa gələ bilər. Zəngin hindlilər isə toya orta hesabla 360 min dollar xərcləyirlər. Məsələn, bu yay Hindistanlı milyarder Mukeş Ambaninin oğlu Anantın toyu 600 milyon dollara başa gəlmişdi.
Qeyd edək ki, Hindistanda toy mövsümü adətən məhsul yığımından sonra başlayır. Mərasim üç gün davam edir və çoxlu sayda müxtəlif rituallarla müşayiət olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!