Müəllif - Aida İsaq, Banco.az
Gələn həftədən etibarən Hindistan-Rusiya arasında ticarət əməliyyatlarında rupidən istifadə olunmağa başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə Hindistanın ixrac təşkilatları federasiyasının rəhbəri Ajay Sahay bildirib. Onun sözlərinə görə, artıq bəzi ixracatçılar və idxalçılar hesabların açılması üçün banklara müraciətlər ünvanlayıb.
Qeyd edək ki, bundan öncə yayılan məlumata görə, Hindistan Rusiya və qonşu ölkələrlə ümumi ticarətinin 16,38%-ə qədərini milli valyutayla gerçəkləşdirə bilər. Bundan başqa, Rusiya cari ilin oktyabrında Səudiyyə Ərəbistanı və İraqı qabaqlayaraq Hindistanın ən böyük neft tədarükçüsünə çevrilib.
Bizi sosial şəbəkələrdən izləyin!!