Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistan ölkədə ərzaq qiymətlərinin bahalaşmasından sonra qaynadılmış düyü ixracına məhdudiyyətlər qoymağı düşünür.
Banco.az xəbər verir ki, dünyanın ən böyük düyü ixracatçısı olan Hindistan ərzaq qiymətlərinin artması ilə mübarizə apardığı bir vaxtda taxıl daşınmasına əlavə məhdudiyyətlər tətbiq etməyi düşünür. Bu addımın reallaşması halında qlobal tədarükün daha da azalacağı gözlənilir.
Məlumatlı mənbələrin dediyinə görə, hökumət qaynadılmış düyü ixracına vergi tətbiq etməyi düşünür.
Mənbələr hələ ki, məsələ ilə bağlı müvafiq qərarın verilmədiyini və qərarın icrasına gətirib çıxaracaq dəqiq müzakirənin olmadığını bildiriblər.
Xatırladaq ki, Asiyada düyü qiymətləri Hindistanın bəzi məhsulların ixracına qadağa qoyduğunu elan etməsi və Taylandın istehsal perspektivi ilə bağlı narahatlıqlar fonunda bu ay ötən 15 ilin ən yüksək səviyyəsinə çatmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!