Hibrid iş modeli nədir və bu mühitdə məhsuldarlığı necə təmin etmək olar? | Banco.az

Hibrid iş modeli nədir və bu mühitdə məhsuldarlığı necə təmin etmək olar?

Tamara Mustafayeva, Banco.az

Hazırki pandemiya şəraitində dünyanın istənilən yerində yenidən ofis mühitinə qayıtmaq çoxdandır ki, gözlənilən, ancaq eyni zamanda müəyyən qədər qayğılı prosesdir. Odur ki, həm işçilərin post-pandemiya dövründə ən ideal hesab edəcəkləri iş mühitinə qovuşması, həm də müəssisə sahiblərinin daim inkişaf etməkdə olan iş dünyasının tələbləri ilə ayaqlaşması üçün hibrid iş mühiti ən uyğun seçim hesab edilə bilər. Ənənəvi ofis mühiti modelinin artıq müasir tendesiyalar və işçi ehtiyacları ilə uzlaşmaması səbəbindən hibrid yanaşma olduqca əlverişli çevikliklə yanaşı, həm də tənqidi yanaşmanı da özündə ehtiva edir.

İşçilərin haradan çalışmasından asılı olmayaraq onlar üçün ədalətli və sistemli mühit yaratmaq əlbəttə ki, çətin görünsə də, mümkünsüz deyil. Odur ki, bugünkü məqaləmizdə müəssisə rəhbərlərinin işini asanlaşdıracaq və hər bir işçinin eyni dərəcədə dəstəklənməsini və işində uğurlu olmağa ruhlandırılmasını təmin edəcək 4 faydalı üsuldan bəhs edəcəyik.

Üzbəüz öyrənmə fürsəti yaradın

Team of business Free Photo

Hibrid iş mühiti modeli də ənənəvi versiyada olduğu kimi, işçilərin ofisdə çalışmasını nəzərdə tutur, ancaq bu zaman onların hər gün ofisə getməsinə ehtiyac yoxdur.

Müəssisə rəhbərləri tabeliyində çalışan işçiləri analiz edərək onlardan hansılarının öz həmkarları ilə eyni mühitdə daha məhsuldar olduğunu ortaya çıxara və həmin işçilər üçün əvvəlcədən həftənin bir və ya iki gününü ofisdə iş günü kimi müəyyən edə bilər. Odur ki, müəyyən işçilər üçün üzbəüz çalışma saatlarının planlaşdırılması ilə rəhbərlər öyrənmə və innovasiya üçün əlavə fürsət yaratmış olacaqlar.

Data bazalı rəy mexanizmi yaradın

Coded stuff on screen Photo

Realist olsaq deməliyik ki, hibrid iş mühiti yaratmaq üçün ən ideal yanaşma hələ ki, mövcud deyil. Çünki sözügedən məsələyə istənilən yanaşma tərzi hər bir rəhbər və müəssisənin ehtiyacından asılı olaraq fərqli nəticə verə bilər. Bu səbəbdən də, müəssisə rəhbərləri həm işçilər üçün əlçatan olan, həm də iş mühitinin analitikasını özündə əks etdirən müvafiq “rəy mexanizmi” yaratmalıdırlar. Qeyd edək ki, şirkətin hibrid yanaşma tərzində uğur qazanmasının əsas taktikası işçilərin “Mən ofisə o vaxt (...) gedirəm ki” sualına necə cavab verəcəklərini müəyyən edə bilməkdir.

Rəqəmsal sosiallaşma anları yaradın

Ən sərfəli kredit üçün müraciət et

Bəzi işçilər digər həmkarları ilə birlikdə işləməyin təbiiliyini və bu zaman aralarında yaranan yoldaşlıq əlaqələrini ofis mühitində lazımınca qiymətləndirməyə bilər. Kofe və ya çay fasiləsində iş yoldaşlarının bir-biri ilə söhbətləşməsi hər zaman mümkün olmaya bilər, ancaq ünsiyyət və əməkdaşlığı texnologiyanın köməyi ilə mütləq ki, yaratmaq olar.

Bu baxımdan müəssisə rəhbərləri işçiləri istifadə etdikləri texnoloji alətlərdən qarşılıqlı əlaqə və kommunikasiya hissini inkişaf etdirmək üçün faydalanmağa təşviq etməlidirlər.

Şəffaf rəhbərlik və nizamlı rabitə təmin edin

Team sitting behind desk, reports, talking. top view. Free Photo

Hibrid iş modelinin tətbiqi o demək deyil ki, işçilərin rəhbərlərindən tamamilə müstəqilliyi təmin edilir. O da həmçinin real səslənmir ki, işçilər bu yeni modelə dərhal uyğunlaşsın. Odur ki, müəssisələr sözügedən yeniliklərlə bağlı əməkdaşlarını düzgün istiqamətləndirməli və onları yeni mühitdə uğurlu olmaq üçün şəffaflıqla məlumatlandırmalıdırlar.

İşçilərin ofisdə və ofisdən kənarda keçirməli olduqları vaxtın artırılması üçün konkret həll yollarının müzakirə ediləcəyi müntəzəm iclaslar təşkil edilməlidir. Qeyd edək ki, insanlara adətən müvafiq struktur təqdim edildiyi zaman daha doğru qərarlar qəbul edirlər. Odur ki, İnformasiya Texnologiyaları, İnsan Resursları və rəhbərlər arasında qarşılıqlı ünsiyyətin davamlılığı böyük əhəmiyyət kəsb edir.

Sonda qeyd edək ki, bəyənilib-bəyənilməməsindən asılı olmayaraq ənənəvi ofis modeli artıq əlverişli deyil. Odur ki, yeniliklərlə bağlı şikayət etməkdənsə, iş mühitində hibrid modeli qəbul etmək və ona uyğunlaşmaq daha məqsədə uyğun olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram