Həyatın yığım sığortası ilə həm pul qazanmaq, həm də həyatını sığortalamaq imkanı! | Banco.az

Həyatın yığım sığortası ilə həm pul qazanmaq, həm də həyatını sığortalamaq imkanı!

Bu unikal proqram sizə yalnız öz həyatınızı sığortalamaq imkanı vermir, həmçinin bəzi vergi güzəştlərindən və depozitlərin faizlərindən gəlir əldə etməyə şərait yaradır.

Həyatın yığım sığortası – bank depozitlərinə yaxşı alternativdir.

Həyatın yığım sığortası üzrə müqavilə 3 tərəfli bağlanır - sığortalanan şəxs, onun işə götürəni və sığorta şirkəti. Sığorta haqqı da işəgötürən şirkət tərəfindən işçinin maaşından tutulmaqla hər ay sığorta şirkətinə ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

Həyat sığortasının ən sərfəli cəhəti odur ki, işçinin əmək haqqından sığorta haqqı kimi sığorta şirkətinə ödənilən məbləğ gəlir vergisindən (14%) və Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqqından (25%) azaddır. Bu məbləğlər də sığorta şirkətinə edilən ödənişlərin üzərinə əlavə olunur.

Həyatın yığım sığortasının digər üstün və fərqli tərəfləri ilə bağlı ərtaflı məlumat əldə etmək istəyirsinizsə, aşağıdakı süjeti izləyə bilərsiniz:

 

Ən sərfəli krediti almaq üçün müraciət et