Həyatın yaşam sığortası- “PAŞA Həyat Sığorta” | Banco.az

Həyatın yaşam sığortası- “PAŞA Həyat Sığorta”

Bu sığorta növü müəyyən olunmuş müddət ərzində sığorta ödənişinin Sığorta olunanın Sığorta müqaviləsinin qüvvədə olduğu müddətin sonuna qədər yaşaması və ya onun Müqaviləsinin qüvvədə olduğu müddətdə ölməsi halının sığortası. Bu sığorta təminatı 2 növ sığortanı özündə cəmləşdirir:

- Həyatın yığım sığortası;
- Sığorta olunanın ölüm və digər risklərdən sığortası;

HƏYATIN YIĞIM SIĞORTASI

Sığorta olunanın Müqavilə müddətinin sonuna qədər yaşaması halında sığorta şirkətinin müqavilədə nəzərdə tutlmuş məbləğin sığorta olunana ödənilməsini nəzərdə tutan sığortadır.

İşəgöturən üçün üstünlüyü:
- DSMF-yə ödəmələrdə müəyyən hissəsindən azad olması
- İşçilərin iş yerində qalmağına stimul verməsi
- İşçilər üçün üstülüklər:
- İşçilər üçün nəzərdə tutlan əmək haqqı vergisinin müəyyən hissəsindən azad olması;
- Sığorta müqaviləsi üzrə müəyyən olumuş müddətə qədər yaşaması nəticəsində müəyyən vəsaitlərin əldə etməsi

SIĞORTA OLUNANIN ÖLÜM VƏ DIGƏR RİSKLƏRDƏN SIĞORTASI

- Sığorta olunanın vəfat etməsi nəticəsində sığorta olunana müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsidir.
- Bədbəxt hadisə nəticəsində ölüm
Sığorta olunan bədbəxt hadisə nəticəsində vəfat etməsi nəticəsində müqavilədə nəzərdə tutlan sığorta məbləğin ödəniməsi. (Bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisədir.)

Hər hansı səbəbdən ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi

Bədbəxt hadisə və ya xəstəliklər nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi halında sığorta ödənişi verilir. Bədbəxt hadisə və ya kəskin xəstəlik nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi sığorta olunanın hər hansı bir əmək fəaliyyətlə məşğul olmaq qabiliyyətinin tam və daimi itirilməsidir və əlillik dərəcələri təyin olunmaqla sığorta ödənişləri aşağıda qeyd olunmuş qaydada müəyyən edilir:
I Qrup əllilk üzrə - sığorta məbləğinin 100 % həcmində
II Qrup əllilk üzrə - sığorta məbləğinin 80 % həcmində
III qrup əllik üzrə - sığorta məbləğinin 60% həcmində

Ən sərfəli kredit üçün müraciət et

Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi
Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi zamanı 15-ci gündən başlayaraq sığorta olunmuş şəхsə gündəlik kompensasiya məbləği onun gündəlik əmək haqqının 70%-i həcmində ödənilir.

İstisnalar:
- Sığorta olunanın özünün intihar etməsi;
- Hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrişlərdə iştirak;
- Sığortalının və ya faydagötürənlərin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən hərəkəti;
- Sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;
- Baş vermə səbəbindən asılı olmayaraq yaranan psixi pozuntular;
- Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və immun çatışmazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər.

Sığorta haqqı

Misal 1.
38 yaşlı kişi, 50 000 AZN Sığorta Məbləği
1 illik sığorta haqqı – 360 AZN
3 illik sığorta haqqı – 1200 AZN

Misal 2.
30 yaşlı qadın, 50 000 AZN Sığorta Məbləği
1 illik sığorta haqqı – 150 AZN
3 illik sığorta haqqı – 480 AZN
Sığorta haqqı şəxsin sağlamlıq, iş, yaşam tərzi və sair şərtlərə görə dəyişə bilər.
Təminata bunlar daxildir: 7 xəstəlik (xərçəng, insult, miokard infarktı, aorta-koronar şuntlama, böyrək çatışmazlığı, iflic), həyatın istənilən səbəbdən ölüm, əmək qabiliyyətinin itirilməsi (1,2,3-cü qrup əlillik)

Mənbə: fins.az