Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin fevral ayı ərzində 316,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.Bu barədə "Marja"ya Fonddan bildirlib.
Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dollarıməbləğində vəsait satılmışdı. Beləliklə, Yanvar ayı ilə müqayisədə Fevralda valyuta satışı 2 dəfə azalıb.
Cari ilin ilk 2 ayı ərzində 951,1 milyon dollar valyuta satılıb. ARDNF tərəfindən 2018-ci ilin yanvar-fevral ayları ərzində 663,2 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Fevral ayında keçirilmiş hərraclarda valyuta satışının az olması Dollara tələbin azaldığına işarədir. Fevral ayında banklarda Dolların alış və satış məzənnələrində geriləmə müşahidə edilib.
Marja