Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104008542 ISIN kodlu, 364 gün tədavül müddətli, 50 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-yə istinadən xəbər verilir ki, hərraca 10 investor 22 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 45 913 200 manat olub.
Sifarişlər 84,1072 AZN (18,9999%) – 86,9876 manat (15,0413%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84,7 manat (18,1632%), orta ölçülmüş qiyməti 85,4926 manat (17,0626%) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 37 599 700 manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 24 aprel 2018-ci ildir.
Mənbə: Report.az