"Harri Potter" dünyasının yeməkləri üçün xüsusi reseptlər kitabı nəşr olunub | Banco.az

"Harri Potter" dünyasının yeməkləri üçün xüsusi reseptlər kitabı nəşr olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Harri Potter"in sehrli dünyasından ləzzətlər bizim dünyaya inteqrasiya olunur.

Banco.az xəbər verir ki, "Harri Potter" kainatı, şübhəsiz ki, Hoqvartsda yeyilən yeməklərlə də bir çox pərəstişkarının yaddaşında qalmağa davam edir.

Sonsuz səhər yeməyi çeşidləri, bayram süfrələri və xüsusi günlər üçün desertlər bu kainatı bəzəyir.

Harri Potter dünyası da pərəstişkarlarını öz kainatına daha da daxil etmək üçün bu yeməklərdən bəzilərini reseptlər kitabında toplayıb. Coanna Farrou tərəfindən qələmə alınmış "Harri Potter: Bişirin, Yaradın və Bəzəyin!" adı ilə nəşr olunan kitab yeganə rəsmi kitab olma xüsusiyyətinə malikdir. Bu kitabda sehrbazlar dünyasına aid 30 fərqli resept, o cümlədən Haqridin məşhur "Happee Birthdae" tortu var.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, balaca uşaqların bu kainata bağlılığı səbəbindən kitabda uşaqlar üçün də reseptlər var. Beləliklə, evinizin Griffindor, Slytherin, Hufflepuff və ya Ravenclaw olmasından asılı olmayaraq, bu reseptlər yaşından asılı olmayaraq hər bir pərəstişkarı əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et