Ötən ay ərzində mediada haqqında ən çox danışılan maliyyə şirkətlərinin adı bəlli olub. Media Consulting & Services xidməti sentyabr ayı üçün nəticələri açıqlayıb.
Beləliklə Kapital Bank, ABB, Bank of Baku, Atabank və Unibank ilk pillələri tutublar. Sektor üzrə cəmi 6634 məlumat təhlil ediıib ("Kapital Bank arena" açar sözü üzrə məlumatlar hesabata daxil edilməyib).
Sığorta şirkətlərinə gəldikdə isə sektor üzrə cəmi 2262 məlumat analiz edilib və ilk beşlik aşağıdakı kimi görünür.
Qeyd edək ki, bu növ statistikanın açıqlaması ilə yalnız Media Consulting & Services məşğul olmur və bəzən açıqlanan rəqəmlər xidmətin istifadəçiləri arasında müəyyən tərəddüdlərə səbəb olur.