Hansı sərfəlidir - kredit yoxsa, istiqraz? | Banco.az

Hansı sərfəlidir - kredit yoxsa, istiqraz?

Azərbaycan sahibkarlarının ən çox şikayət etdiyi məqamlardan biri də, rahat və daha ucuz maliyyəyə çıxış imkanıdır. Çünki, onların əsasən üz tutduğu bank kreditləri istər faiz, istərsə də sənədləşmə baxımından uğurlu deyil. Kredit götürmək üçün bank şərtləri ağırdır, faiz dərəcələri isə yüksək.

Buna baxmayaraq sahibkarlar bütün parametrlərinə görə, bank kreditlərindəın üstün olan qiymətlər kağızlar (səhm və istiqraz) buraxaraq maliyyə cəlb etməyə üstünlük vermirlər. Hazırda Bakı Fond Birjasında yalnız 19 özəl müəssənin istiqrazı tədavüldədir. Hansı ki, istiqrazı açıq və qapalı tipli səhmdar cəmiyyətlərlə yanaşı, məhdud məsuliyyətli cəmiyyətlər də buraxa bilər. O cümlədən, mövcud biznes kreditləri 16-17 faiz arasında olduğu halda, istiqrazlarda orta faiz 12-dir. Aşağıdakı cədvəlddə istiqraz yolu maliyyə cəlb etmənin bank kreditindən nə qədər sərfəli olduğunu görmək mümkündür.

 

 

İstiqraz

Kredit

Maliyyələşmə xərcləri

Xərclərin növü

Anderraytinq, listinq və məsləhət xidmətləri üzrə komissiyalar

Rəsmiləşdirmə, nağdlaşdırma, girovun qiymətləndirilməsi və sığortalanması və s. Kommisiyalar

Dərəcəsi (cəlb edilən vəsaitə nisbətdə)

1,7%-2%

2,1%-3%

Faiz dərəcəsi

12,9-14,3%

18,3-22%

Faiz ödənişləri

İstiqraz sahiblərinə mənfəət və zərərdən asılı olmayaraq illik və yarımillik əsasda faiz ödənişləri edilir

Mənfəət və zərərdən asılı olmayaraq adətən aylıq əsasda faiz ödənişləri edilir

 

Əsas məbləğin ödənişi

Müddətin sonunda tam şəkildə ödənilir

Adətən aylıq əsasda ödənilir

Müddəti

Adətən 1 ildən 10 ilə qədər

Adətən 1 ildən 5 ilə qədər

 

Girov

Tələb edilmir

Tələb edilir

Şirkətin idarə olunmasına təsir imkanı

İstqrazı alan investorlar idarəetməyə təsir edə bilmir

Bir çox hallarda banklar şirkətə cddi şərtlər qoya bilir

Ən sərfəli kredit üçün müraciət et

Bakı Fond Birjasının (BFB) əməkdaşlarının hesablamalarına görə, 10 milyon manatlıq  istqraz buraxılmasına görə, ödəniləcək komissiyalar 166-195 min manat arasında dəyişdiyi halda, bu məbləğ bank krediti üçün 210-300  min manat təşkil edir. Bu halda bank kreditinin şirkət üçün illik xərci 18,3-22% arasında dəyişdyi halda, bu xərc istqraz buraxlışı zamanı 12,9-14,3% arasında dəyişir. Beləlklə, istqraz buraxılışı yolu ilə vəsait cəlb edən şirkət illik 5,4 – 7,7 faizə qənaət edə bilər. Hətta kredit və istiqrazın faiz ödənişləri eyni olarsa da, komissiya xərclərinə görə, istqraz buraxılışı daha sərfəlidir.

BFB-nin Ticarət və üzvlük qrupunun rəhbəri Talat Kalayev bildirir ki, istiqarzlar bir çox parametrləri baxımından bank kreditindən üstün olsa da sahibkarlar onlardan az istifadə edirlər. Birja əməkdaşının sözlərinə görə, bunun 2 əsas səbəbi var: “Birincisi məlumatsızlıqla bağlıdır. İkincisi isə, sahibkar bank kreditinə birbaşa müraciət edir və vaxt baxımından udur.  İstiqraz buraxanda müəssisə 9 prosedurdan keçməlidir ki, bunu etməmək üçün bank kreditinə müraciət edir. Halbuki, istiqraz daha üstündür”.

Buraxılan istiqrazlara investisiya səviyyəsinə gəlincə, Talat Kalayev deyib ki, əsas investorlar banklar və sığorta şirkətləridir: “Hətta fiziki şəxslər bu bazara müraciət etsə, bank depozitlərindən daha çox faiz əldə etmiş olarlar. Sadəcə yenə asan varianti seçir, yəni birbaşa banka müraciət edir. Hansı ki, istiqraz almaq üçün brokerlə müqavilə bağlayıb, ona müvafiq tapşırıq verməlidir. Bank depozitlərindən fəqli olaraq investor  istiqrazı heç bir cərimə ödəmədən 3, 6 ay sonra  bazarda sataraq faizini ala bilər. Ancaq bank depozitlırini vaxtıdnan əvvəl geri götürsən cərimə ödəməli olursan”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov deyir ki, yerli müəssələrin qiymətli kağızlar bazarında zəif iştirak etməsinin əsas səbəbi əsasən özəl sektorda korporativ idarəetmənin zəif inkişaf etməsi ilə bağlıdır: “Korporativ idarəetmənin formalaşmaması şirkətlərin əksəriyyətinə alternativ vəsaitlərin cəlb edilməsi üçün ciddi maneədir. Şirkətlərin əksəriyyətinin qiymətli kağızlar ilə işləmək ənənəsinin olmaması onların bazara daxil olmasına imkan vermir. Başqa tərəfdən, bu gün şirkətlərin əksəriyyəti uzun müddətli dövr üçün borclanmaqda maraqlı olmadiqları üçün qiymətli kağızlar bazarına daxil olmağa meyilli deyillər. Baxmayaraq ki, kreditlərin yüksək faizlə təklif edildiyi Azərbaycanda ucuz vəsaitlərin cəlb edilməsi və biznesin genişləndirilməsi üçün istiqraz buraxılması əsas yollardan biridir”.

Ümumiyyətlə, ekspertlər bildirir ki, kapital bazarları vasitəsilə maliyyə cəlb etmələri üçün biznes sektorunun məlumatlandırılmasına, o cümlədən fond bazarının inkişafına ehtiyac var.

Müəllif: Bəkir Nərimanoğlu

Mənbə: Fins.az