Hansı maskalar daha yaxşı qoruyur? | Banco.az

Hansı maskalar daha yaxşı qoruyur?

Koronavirus pandemiyasından qorunmaqla bağlı müzakirələr davam etdikcə müxtəlif fikirlər səslənir. Doğru hesab edilən yalnışlar arzuedilməz nəticələr yarada bilər. Hazırda bir neçə maska növü var ki, bunlardan hansını nə zaman geyinmək lazım olduğu və funksiyalarının nədən ibarət olmasını dəqiq bilmirik. Odur ki, bugünkü məqaləmizdə bu sualın cavabını sizə təqdim edirik.

Əvvəla asanlıqla əldə edə bildiyimiz adi tibbi maskalardan bəhs edək. Bu maskalar virusa yoluxmanın qarşısını alırmı?

Adi tibbi maskalar bu maskanı geyinən şəxsin daşıdığı mikrob və ya virusların yayılmasının qarşısını almaq üçün istifadə edilir. Yəni, maskanı geyinən şəxs virus daşıyıcısıdırsa, ətrafdakı insanlara keçməsinə mane olur.

Kağız maskaların qoruyuculuğu necədir?

Bu maskalarda filtr təbəqəsi olmadığı üçün nə virusun daxil olmasının, nə də yayılmasının qarşısını almır. Yəni, istifadə edilməsinin xüsusi bir faydası yoxdur.

N95 və ya FFP2 tipli maskalar koronavirusa qarşı qorunmaqda ən effektiv maskalar hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Aparılan araşdırmalar göstərir ki, bu maskalar 90% qorunma təmin edir. Sözügedən maskaların müntəzəm geyinilməsinə mane olan əsas amil isə nəfəsalmanı çətinləşdirməsidir ki, əgər rahat nəfəs alacağınız formada geyinmisinizsə, bu zaman qoruyucu funksiyası effektivliyini itirmiş olacaq.

Daha rahat olduğu və görünüşü baxımdan da bəyənilən “pitta mask” adlanan maskalar isə tozdan qorumaqdan başqa bir funksiya daşımır. Bir sözlə kağız maskalarla arasında heç bir fərq yoxdur.

Lakin qeyd edək ki, satışda olan qara rəngli N95 maskaları da yüksək qoruyuculuq funskiyasına malik maskalardan hesab edilir.

Həmçinin oxu: Bu dünyaca məşhur şirkət də tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladı

Tamara Mustafayeva, Banco.az