Bu dünyaca məşhur şirkət də tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladı | Banco.az

Bu dünyaca məşhur şirkət də tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladı

Koronavirus pandemiyası səbəbilə artıq dünyanın əksər yerlərində tibbi maska və dezinfeksiyaedici vasitələr üzrə ehtiyatlar tükənməkdədir, hətta bəzi yerlərdə çoxdan tükənib. Odur ki, bir çox tanınmış marka da bu günlərdə ən çox ehtiyac duyulan bu vasitələri istehsal etmək üçün hərəkətə keçib. Məsələn, Under Armour və Reformation kimi geyim şirkətləri cərrahi maskalar, Tito`s və Koval kimi şirkətlər isə əl dezinfeksiyaediciləri istehsal etməyə başlayıblar.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu hərakata qoşulan növbəti qlobal şirkət isə IKEA olub. İsveçin tanınmış mebel istehsalçısı səhiyyə işçiləri üçün maskalar, əl dezinfeksiyaediciləri və önlüklərin istehsalına başlayıb. Şirkət bu günlərdə Avropaya istehsal etdiyi bu məhsulların ilkin hissəsini təhvil verib.

Ən sərfəli kredit üçün müraciət et

IKEA mətbuata verdiyi açıqlamada bildirib ki, bir çox şirkət tərəfindən könüllü şəkildə istehsal edilən və geniş yayılmış pambıq və kağız maskaların əvəzinə daha çox qoruyucu təsiri olan N95 maskalarını istehsal etməkdədir. Bu maskalar havadakı virusları filtrləyərək daha yaxşı qorunma təmin edir.  

Şirkət bu həftə ərzində 900 000 bu tip maska təhvil verməyi planlaşdırır və növbəti üç həftə ərzində isə hər həftəyə bir milyon maska istehsal edəcək.

Onu da xatırladaq ki, şirkət istehsal etdiyi bu maskaları insanlara pulsuz paylayır.

Tamara Mustafayeva, Banco.az