Hansı Kredit-Risk Scoring Modelləri var? | Banco.az

Hansı Kredit-Risk Scoring Modelləri var?

Credit Score (Kredit hesabı)- müştərilərin kredit reportları üzərindən hesablanmış üçrəqəmli qiymətdir. Scoring modeli adlanan alqoritm ilə hesablanmış bu qiymət vasitəsilə, kreditin verilmə riski hesablanır. Modelin qurulması zamanı bir çox modellərdən istifadə olunur.  FICO®, TRansRisk, Experian’s National Equivalency Score, Credit Xpert Credit Score, CE Credit Score, Insurance Score, Vantage Score Model kimi modellər ən çox istifadə olunun kredit-risk hesabı modelləridir. Məqalədə, ən çox istifadə olunan 2 model və xüsusiyyətlərini, hesablanma qaydasını görə bilərsiniz.

Kredit Hesabı nədir?

Kredit hesabı müştərinin nə qədər borcu qaytara biləcəyini və dəqiq olaraq nə qədər risk altında qaytara biləcəyini təyin edən üçrəqəmli göstəricidir. Hazırda yüzlərlə kredit hesabı modelləri mövcuddur. Şirkətin hansı departamentində istifadə olunacağından asılı olaraq modellərin hər biri digərindən fərqlidir. Və hər müştəri kredit hesabı qiymətinə görə fərqli kategoriyalarda birləşdirilir. Hazırda ən çox istifadə olunan Kredit-Hesab modeli FİCO modelidir. Model ilk dəfə Fair İsaac (FİCO Şirkətinin Təsisçisi) tərəfindən 150 il əvvəl qurulmuşdur. Bu günə qədər 50 müxtəlif versiyası yaradılmış modelin hazırda ən çox istifadə olunan versiyaları FİCO 9 və FİCO 8-dir.

Kredit-Hesab Modelləşdirməsi nədir?

Kredit-Hesab modelləşdirməsi banklar və sığorta şirkətləri tərəfindən çox geniş istifadə olunan statistiki analizdir və müştərilərin krediti qaytarma ehtimalını müəyyən edir. Modelləşdirmədə ödəmələr, ödəmələrin tezliyi, borcların miqdarı, bank hesablarının bağlanması, kredit kartlarının miqdarı kimi göstəricilər nəzərə alınır. 300-850 arasında qiymətləndirilən model, əsasən, logistic regressiya və ya random forest alqoritmləri vasitəsilə qurulur. Hesabınız nə qədər çox qiymətə malikdirsə, hava yaxşı və uyğun krediti qazanacaqsınız. İndi isə kredit-hesab modelləri ilə tanış olun:

TransRisk —  Bu metod haqqında məlumat olduqca azdır. Reportlarda qeyd olunanlara istinad etsək, transRisk qiymətləri FİCO qiymətlərindən çox daha azdır.

Ən sərfəli kredit üçün müraciət et

Experian’s National Equivalency Score —0-1,000 arasında qiymətləndirilən model, ödəmə tarixiləri, kreditlərin uzunluğu, kreditlərin birlikdə dəyərləndirilməsi, kreditin istifadəsi və ümumi balans kimi kriteriyaların qiymətləndirilməsilə qurulur.

Credit Xpert Credit Score — Yuxarıda izah olunan iki model, mövcud müştərilərin risklərini hesablayırdı. Bu model isə yeni müştərilər üçün hazırlanmışdır. Yalnış məlumatların ortaya çıxarılmasında da effektiv olan bu model, yalnızca mövcud müştərilərin riskini hesablamır, eyni zamanda, yeni müştəriləri qazanmaq üçün mükəmməldir.

Insurance Score — Sığorta şirkətləri risk qiymətləndirməsində fərqli modeldən istifadə edirlər. Bu model məhz həmin modeldir.

FİCO- bu model ən geniş istifadə arealına malik modeldir. Kredit datasından istifadə edərək, 5 müxtəlif kateqoriyada qiymətləndirmə edir. İlk dəfə hazırlandığı gündən model, bu gün müxtəlif dəyişikliklərə uğrayaraq fərqli modellərin törəməsinə səbəb olmuşdur. Hazırda ən yeni versiyası FİCO 9 olan risk-hesab modeli, əslində o qədər də geniş istifadəyə sahib deyil. FİCO 8 ən çox istifadə olunan model sayılır. FİCO 9 eyni zamanda sağlamlıq vəziyyəti ilə bağlı olan datanı da özündə birləşdirir.

 

Vantage Score Model- 2006-cı ildən təqdim olunmuş ən çox istifadə olunan modellərdən biridir.

Sevinc Hüseynova, banco.az