Qəbul etməliyik ki, indiki vaxtda hər bir kəsin təcili olaraq pula ehtiyacı yarana bilər. Bu zaman üzümüzü tuturuq dostlarımıza, yaxınlarımıza, ailəmizə. Əvvəllər pul göndərilməsi yaxın məsafəyə mümkün idisə, indi dünyanın hansı məntəqəsinə olursa olsun, pul köçürülməsi asandır. Bunun üçün poçt, və ya banka getmək kifayət edir.
İlk öncə pul köçürülməsi anlayışına diqqət yetirək.
Pul köçürməsi – bank və ya poçt sistemi ilə pul vəsaitlərinin köçürülməsidir. Pul köçürmələri struktrunda həmişə yollayan, alan və ötürən şəxs iştirak edir. Pulu ötürən şəxs öz xidmətinə görə pul alır.
Banklar bu xidməti həyata keçirmək üçün bir sıra təcili pul köçürmələri sistemlərindən istifadə edirlər. Bəzi banklar isə bununla yanaşı öz pul köçürmələri sistemini yaradırlar.
Banco.az olaraq özünün pul köçürmə sistemi mövcud olan bankları araşdırdıq və sizlərə təqdim edirik:
AccessBank - AccessTransfer
AccessBank öz müştərilərinə AccessTransfer pul köçürmə sistemini təqdim edir. Respublikanın böyük hissəsini əhatə edən geniş filiallar şəbəkəsi sayəsində vəsaitiniz saniyələr ərzində təyinatı üzrə köçürülür. Bankda hesab açmadan, sadəcə AccessBank-ın istənilən filialına yaxınlaşaraq bu köçürmələri həyata keçirə bilərsiniz.
Unibank - Unitransfer
Unibank “Unitransfer” adlı daxili pulköçürmə sistemini istifadəyə verib. “Unitransfer” in üstünlüyü, müştərilərə Unibank-ın eyni şəhərdəki filialları arası və yaxud bir şəhərdə yerləşən filialından digər şəhərdə yerləşən filialına ən qısa müddətdə pul köçürmə imkanı verməsi ilə yanaşı, hesab açılmamasıdır. Yəni köçürmə adi qaydada, ad, soyad, ata adı və kodəsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra,sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilənUnibank filialından pulu götürə biləcək.
Bank Respublika - Vektor
Bank Respublika “VEKTOR” adlı yeni innovativ pulköçürmə sistemini təqdim edir, banka gəlmədən ölkə daxilində pul köçürməsi edə bilərsiniz.
İstәnilәn e-Manat terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 18 şəhərə pul köçürmәsi edә bilәrsiniz.
Belәliklә, pulu göndәrәn şәxs e-Manat terminalına yaxınlaşaraq vәsaiti daxil edir vә sistem tәrәfindәn verilәn kodu pulu alan şәxsә bildirir. Vəsaiti alan şәxs isə öz növbәsindә Bank Respublika-nın istәnilәn filialına yaxınlaşaraq şәxsiyyәt vәsiqәsini vә köçürmә kodunu tәqdim edikdən sonra vәsaiti ala bilər.
Dəmirbank - Şimşək
DəmirBank ölkədaxili pul köçürmələrini həyata keçirən “Şimşək” sistemini yaratmışdır. Bu sürətli pul köçürmələri sistemi ilə yalnız ölkədaxili şəhərlər və regionlararası, Dəmirbankın filialları vasitəsi ilə köçürmə həyata keçirilir.
AFB Bank - AFB Transfer
AFB Transfer Filiallararası cari hesab olmadan nağd pul mədaxili ilə köçürmə əməliyyatlarının həyata keçirilməsi üçün AFB Bank tərəfindən yaradılmışdır.
Pul köçermələri üçün müəyyən olunan haqq isə hər bank üçün müxtəlifdir.