Onlayn kredit sifarişi nədir?
İlk öncə bu məsələyə aydınlıq gətirək.
Texnologiyanın inkişafı yeni xidmətlərin yaranması zərurətini doğurur. İnsanların gündəlik həyatlarını asanlaşdıracaq tətbiq və proqramların yaradılması demək olar ki, hər gün baş verir.
Onlayn kredit sifarişi bankçılıq tarixinə son illərdə daxil olmuş bir sistemdir. İstifadəçi bankın saytına daxil olaraq, kredit sifarişi bölməsindən banka yaxınlaşmadan kreditini sifariş verə bilər.
Bundan sonra bankın əməkdaşı onunla əlaqə saxlayaraq, kreditin verilmə mümkünlüyü barədə məlumat verir.
Bu sizi vaxt itkisindən xilas edə biləcək bir xidmətdir.
Bəs, hansı banklarda onlayn kredit sifarişi etmək mümkündür?
Banco.az saytı olaraq onlayn kredit imkanını təqdim edən bankları sizlər üçün bir yerə topladıq.
Siz həmçinin bizim sayt vasitəsilə də kredit sifarişi verə bilərsiniz. Bunun üçün "Online Kredit sifarişi" bölməsinə daxil ola bilərsiniz.
Buraya daxil olaraq, hal-hazırda kredit verən banklarla və onların şərtləri ilə tanış ola bilərsiniz.