Hər bir insanın qəfil kredit ehtiyacı yarana bilər. Daha sərfəli şərtlər ilə kredit təklif edən bankın axtarışına isə heç də hamının vaxtı imkanlar yol vermir. Zamanımız həddindən artıq məhduddur. Bugünkü Bakı tıxacları ilə və bankdakı növbələr ilə biz istədiyimiz kreditin araşdırılmasına istədiyimiz qədər vaxt ayıra bilmirik. Xüsusən də kredit verilişinə razılıq olub-olmayacağını bilmədən banka getmək heç də məntiqi görünmür. Belə yerdə də qabaqcıl texnologiyalar və internet adlı dostumuz köməyə çata bilər.
Həmçinin bax: Hansı banklardan krediti onlayn sifariş etmək olur? - Yeni 2022
Bəs, internetdə kredit axtarmısınız?
Biz artıq öyrəşmişik ki, internetin köməkliyi ilə çox müxtəlif və fərli problemləri çox asanlıqla həll etmək mümkündür. İnternetlə toplantılar keçirib, hətta sazişlər imzalanır. Bəs onda nəyə görə krediti onlayn əldə etmək mümkün olmasın?
Onlayn kreditləşmə ildən ilə ölkəmizdə daha da populyar olur, amma zənnimcə bu populyarlıq hələ də yetərincə deyil. Düşünürəm ki, arayışların ləğvi və elektron bazanın yaradılması bankların da həmin bazaya sorğu edə bilməsi imkanı gələcəkdə onlayn kreditləşmə perspektivlərini daha da parlaq edəcək, banklarımız da mümkün qədər buna vurğu salmağa çalışacaqlar. Gündən-günə internet istifadəçilərinin sayı artır və artıq internet istifadəçisi olan potensial kredit alanların sayı düşündüyümüzdən daha çoxdur. Bir neçə il öncə kredit axtarışında olan insanlar nadir hallarda internetə üz tuturdusa bu gün artıq tendensiya dəyişib.
Onlayn kredit sifarişinə bu gün də banklarımızın rəsmi saytlarında və facebook səhifələrində rast gələ bilirik, amma hələ ki, onlayn kreditləşmə öz “pik həddindən” çox-çox uzaqdadır.
Seçilmiş bankın saytında siz anket doldurulmasına cəmi 5-10 dəqiqə vaxt sərf etməklə, siz həmin bankdan kredit almaq imkanları ilə bağlı ilkin qərarı öyrənə bilərsniz. Əgər fiziki baxımdan hər bir bank filialına yaxınlaşmaq, növbədə olmaq, işdən icazə almaq və s sizdən daha çox vaxt tələb edirsə kreditlərin onlayn müqayisədi və onlayn sifarişi əlbəttə ki daha əlverişlidir. Siz eyni anda bir deyil, bir neçə banka onlayn kredit sifarişi ərizəsi dolduraraq müraciət edə bilərsiniz. Sonra isə sizə razılıq verən və ən münasib hesab etdiyiniz bankdan kredit alacaqsınız.
Bəs, hansı banklar sizə bu imkanı təqdim edir?
Cədvəldə gördüyünüz bankların korporativ saytı vasitəsi ilə kredit sifarişi etmək mümkündür.
Sıra |
Bankın adı |
Onlayn müraciət üçün link |
1 |
Bank of Baku |
|
2 |
Ekspress Bank |
|
3 |
Unibank |
|
4 |
ASB Bank |
|
5 |
Bank Respublika |
|
6 |
Yapı Kredi |
|
7 |
Rabitə Bank |
|
8 |
Turan Bank |
|
9 |
Dəmir Bank |
|
10 |
AtaBank |
|
11 |
VTB Bank |
|
12 |
Kredaqro BOKT |
|
13 |
FİNCA BOKT |
|
14 |
TBC Kredit |
Siz həmçinin hesab.az portalında qeydiyyatdan keçərək aşağıda adları qeyd olunan bankların kreditlərini sifariş edə bilərsiniz.
https://www.hesab.az/BankService/LoanList.aspx
AccessBank, TuranBank, Unibank, Bank of Baku, AG Bank, AtaBank
Könül Soltanova / Banco.az