Hansı banklar Google Pay-i dəstəkləyir? | Banco.az

Hansı banklar Google Pay-i dəstəkləyir?

Artıq bir neçə gündür ki, Azərbaycanda dünyanın mobil ödəniş sistemlərindən biri olan Google Pay fəaliyyətə başlayıb. 2015-ci ilin sentyabrından fəaliyyət göstərən bu sistem Android telefonlar, planşetlər və saatlarından istifadə etməklə ödəniş etməyə imkan verir. Ödənişi həyata keçirməmişdən əvvəl ilk addım ödəniş kartını Google Wallet proqramına əlavə etmək lazımdır. Bunun üçün həmin proqramı (Google Wallet) Play Marketdən yükləyin. Daha sonra bank kartının üzərindəki məlumatlarını daxil edirsiniz. Onu da qeyd edək ki, Google Pay ilə ödəniiş etmək üçün telefon NFC texnologiyasını dəstəkləməlidir. Ödəniş etdikdə isə Google Wallet proqramına daxil olmadan ödəniş həyata keçir. 

Həmçinin bax: Hansı banklar təmassız ödəmə texnologiyalarını dəstəkləyir?

Lakin bu bütün banklara məxsus bank kartları üçün keçərli deyil. Bu xidmətdən yalnız aşağıdakı banklara məxsus kartlara sahib olduğunuz halda istifadə edə bilərsiniz. Başqa sözlə desək, Google Pay xidmətindən istifadə etmək üçün hazırda 6 banka (ABB, Bank Respublika, Kapital Bank, PAŞA Bank, Rabitəbank, Unibank) məxsus kartlardan istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə olaraq nəzərinizə çatdıraq ki, Apple Pay mobil ödəniş sistemini dəstəkləyən bankların sayı isə 9-dur. Bu banklarla isə aşağıdakı siyahıdan tanış ola bilərsiniz.

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et